Ancelottinin yerinə gələcək ad bəlli oldu: Əfsanə geri qayıdır
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Futbolda mövsümün sonuna yaxınlaşdıqca Real Madridin baş məşqçisi Karlo Ancelotti haqqında yeni iddialar ortaya atılmağa başlayıb.
İspan nəhəngindəki karyerasının sonuna yaxınlaşdığı və Braziliya milli komandasının başına keçəcəyi danışılan italyan məşqçi komandası ilə çempionluq qazanaraq vida etmək istəyir.
La Liqada 30 turdan sonra 63 xalla 2-ci yerdə olan Real Madrid, lider Barselonadan 4 xal geri qalır.
İspan mediası Todo Fichajesin məlumatına görə, Real Madrid rəhbərliyi, əvvəllər klubda çempionluqlar yaşamış Zinədin Zidanı yenidən komandanın başına gətirməyi planlaşdırır.
Xabi Alonsonun da namizədlər arasında olduğu bilinsə də, son seçimin Zidan olacağı gözlənilir.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 08 Aprel 2025 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















