Icma.az
close
up
RU
Andına sədaqət nümunəsi FOTO

Andına sədaqət nümunəsi FOTO

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

28 avqust şəhid Mail Əzizovun doğum günüdür
İkinci Qarabağ müharibəsində minlərlə qeyrətli oğul kimi, Mail Əzizovun şəhidliyi Vətənə, torpağa sevgisindən yarandı. Ömrünün 20-ci ilində canını qurban etdi ki, əzəli yurd yerimiz Qarabağ torpaqları düşmən tapdağında qalmasın, xalqı azad, firavan yaşasın. Qəhrəman Maillər düşməni müharibə meydanında məğlub etməklə, eləcə millətin mənliyini, kimliyini qaytardılar. Mailin də son damla qanına qədər düşmənlə vuruşmağı bundan irəli gəlirdi. Vətən yolunda şəhid olmağı hər şeydən əziz tutdu.
2000-ci ilin avqustunda Lənkəran rayonunun Şağlakücə kəndində dünyaya göz açan Mail Mahir oğlu Vətənə məhəbbət, düşmənə nifrət ruhunda boy atıb 18 yaşına çatır. Qarabağda baş verən qanlı hadisələr Maili çox narahat edir. Odur ki, orta məktəbi əla qiymətlərlə başa vursa da, hər şeyi bir yana qoyub Vətənin qisasını almaq niyyəti ilə əsgərliyə yola düşəndə evdə deyir:-Dığalar əzəli Azərbaycanımıza məxsus müqəddəs yerləri zəbt ediblər. İndiki vaxtda Vətənə sipər, düşmənə yerini göstərən qeyrətli igidlərə ehtiyac vardır. Yağıya qalib gələndən sonra oxuyub ali təhsil alacağam...
Mail Əzizov cəbhə bölgəsində əlinə silah alıb Vətəninə keşik çəkir. Bu yolda canından keçməyə hazır olan igid əsgər bir neçə dəfə dığalarla üz-üzə gəlir, onların payını layiqincə verə bilir. Həm də Mail döyüş keyfiyyətlərini artırmaq üçün təlimlərdən qalmır, Vətən torpaqlarının azadlığı naminə hərbin sirlərinə mükəmməl yiyələnir. Nizam-intizamı, cəsurluğu, tapşırıqları yerinə yetirdiyi vaxt çevikliyi ona ehtiram qazandırır. Bir sözlə, layiqli bir övlad olaraq Vətənə borcunu şərəflə verməyi bacarır. Və onun qisasını düşməndən döyüş meydanında alacağına and içir.
Sentyabrın 27- də İkinci Qarabağ müharibəsi başlayanda Mail Əzizov ön cəbhədə vuruşur. Şücaət göstərməklə neçə-neçə ağır sınaqlardan üzüağ çıxır. Odlu-alovlu səngərlərdə erməni dığalarına qan qusdurur. Mail kimi oğlanların qəhrəmanlığı sayəsində kəndlərimiz, rayonlarımız bir-bir azad olunur. Oktyabrın 2-də Şuşa şəhəri istiqamətində daha ağır müharibə gedir. Düşmən məğlub olsa da, qəfil atılan artilleriya nəticəsində igid əsgər şəhid olur.
Ləyaqətli, örnək sayılan əbədi bir ömür qazanan Mail Əzizov ölümdən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və başqa medallara layiq görülür.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Avqust 2026 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri