Icma.az
close
up
RU
Andına sadiq oğul

Andına sadiq oğul

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub

"Nizami" Kino Mərkəzində şəhid İlqar Verdiyevin 50 illik yubileyinə həsr olunan tədbir keçirilib. AYNA.AZ xəbər verir ki, ölkəmizin ərazi bütövlüyünün bərpası zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Andına sadiq oğul" sənədli filmi nümayiş etdirilib. Film “Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin qurucusu, jurnalist Şamil Sabiroğlunun layihəsi və Müdafiə Nazirliyinin dəstəyi ilə çəkilib.

Tədbirdə polkovniklər Rəhman Əsgərov və İlqar Nəciyev, polkovnik-leytenant Üzeyir Cəfərov, mayor Elşən Əliyev və Muxtar Həşimov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Həsənovun atası Aydın Həsənov, Rusiyanın Rostov vilayətində yaşayan sahibkar Leyla Əhmədova, şəhid mayorun ömür yolundan bəhs edən kitabın müəllifi Nəcibə İlkin, şairə Lətifə Rəşid çıxış edərək İlqar Verdiyevin keçdiyi şərəfli döyüş yolu barədə danışıblar.

İlqar Verdiyevin qardaşı qızı, məktəbli Rəna Verdiyeva əmisinə həsr edilən şeiri səsləndirib, şəhidin anası, qardaşları Azər və Samir Verdiyevlər tədbirin keçirilməsinə dəstək göstərənlərə ailə üzvləri adından təşəkkür ediblər.

Şəhidin həyat yoldaşı Dilarə xanım, övladları Kamran, Orxan və Əminə çıxış edərək İlqar Verdiyevə göstərilən hörmət və ehtiram üçün minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, İlqar Verdiyev 1975-ci il oktyabrın 31-də Bakı şəhərində doğulub. Bakının Nizami rayonundakı 129 nömrəli tam orta ümumi təhsil məktəbində təhsil alıb. General C.Naxçıvanski adına İbtidai Hərbi Liseyi və Ankara Hərbi Məktəbini bitirib. Təyinatla Bakıdakı hərbi hissələrdən birinə göndərilib. Sonra xidmətini Müdafiə Nazirliyinin hərbi hissəsində davam etdirib. 2008-ci ildə xidmətini cəbhə bölgələrindən birində davam etdirib. 2012-ci il iyunun 14-də xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub. Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində dəfn edilib. Üç övladı yadigar qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://ayna.az
archiveBu xəbər 13 Noyabr 2025 01:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see277

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see261

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see255

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see239

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see237

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see236

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see207

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see198

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see191

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see183

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see177

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see161

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri