Icma.az
close
up
RU
“Ankara Rüzgarı” Bakıda

“Ankara Rüzgarı” Bakıda

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin Ev Muzeyində Beynəlxalq Qalereya və Ankara Rüzgarı Dərnəyinin iştirakı, Yasamal rayonu Heydər Əliyev Mərkəzinin dəstəyi ilə  “Bir millət, iki dövlət” adlı qrup sərgisi təşkil olundu. Sərgidə müxtəlif yaş qruplarında 80 rəssam iştirak edirdi. 

Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova çıxış edərək, Osmanlı Ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycanda Bolşevik hakimiyyətinə qarşı apardığı mübarizədən, Azərbaycanın müxtəlif bölgələrində Türk şəhidlərinin şərəfinə ucaldılmış “Türk Şəhidliyi” abidələrindən və bu günə qədər yüksək səviyyədə davam edən Azərbaycan-Türkiyə qardaşlığından söz açdı. Elnurə xanım rəhbəri olduğu qalereyanın illərdir Türk səfirliyi ilə birgə qurduğu sıx əməkdaşlıq, ölkəmizin müxtəlif ərazilərində “Türk şəhidləri” mövzusuna həsr olunmuş etüd sərgilərin keçirilməsi və bu sərgilərdə nümayiş olunan əsərlərin “Nuru Paşa” salonunda sərgilənməsi haqqında da danışdı. Sonra, Ankara Rüzgarı Dərnəyinin rəhbəri Hatice Erdi, dərnəyin üzvləri - Remziye Kurttürk, Selma Akyüz, Mücella Ersoy Azərbaycanda yüksək səviyyədə qarşılandıqları üçün sərgi təşkilatçılarına minnətdarlıqlarını ifadə edərək, iki qardaş ölkənin rəssamları arasında qurulan əməkdaşlığı  bundan sonra da davam etdirəcəklərini bildirdilər. 

“NN Sweet” Şokolad Şirkətinin rəhbəri Nailə Rüstəmova sərgiyə dəstək məqsədi ilə qonaqlara xüsusi şokalad hədiyyələri təqdim etdi.

Sonda iştirakçılara diplomlar təqdim olundu, xatirə fotoları çəkildi. 

Layihə rəhbəri Aygün Əzizova: - Bugünki sərgidə rəssamların ərsəyə gətirdiyi əsərlər iki ölkə arasında əsrlərdir davam edən dostluğa həsr olunub. Sərginin məqsədi hər iki ölkədən olan yeniyetmə və gənc rəssamların tanıdılmasıdır. Burada 50-yə yaxın rəssamın əl işləri nümayiş olunur. Bildiyiniz kimi,102 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazmışlar. Bu əsərlərin böyük bir qismi qardaş ölkələr arasında olan dostluq münasibətlərini əks etdirir.

Ankara Rüzgarı Dərnəyinin rəhbəri Hatice Erdi: - “Ankara Rüzgarı” 2012-ci ildə Ankarada yaradılıb. İlk sərgimiz “Savaşdan dostluğa doğru yol alan insanların hekayəsi” adlanır. Bu sərgidəki əsərləri Türkiyənin müxtəlif yerlərində - Ankara, İzmir, Çanaqqala və sair. nümayiş etdirdik. Həmin əl işlərini Azərbaycanda da göstərmək fikrimiz var. Bugünki sərgini isə Azərbaycan-Türkiyə dostluğunu bir daha göstərmək məqsədilə təşkil etdik. Burada bizi çox mehribanlıqla və gülər üzlə qarşıladılar. Bu da bizi çox xoşbəxt etdi. Sonda bütün sərgi iştirakçılarına uğurlar arzulayıram. 

Fidan Salmanova
XQ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see235

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see226

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see223

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see219

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see213

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see208

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see206

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see203

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see202

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see198

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see196

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see193

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see193

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see193

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see192

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see192

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see190

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see189

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see186

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri