Icma.az
close
up
RU
Ankara Universitetinə Azərbaycanla bağlı nəşrlər hədiyyə edilib

Ankara Universitetinə Azərbaycanla bağlı nəşrlər hədiyyə edilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara, 25 aprel, AZƏRTAC

Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə Ankara Universiteti arasında Azərbaycan dilinin tədrisi və təbliği istiqamətində əməkdaşlıq genişlənir.

AZƏRTAC xəbər verir ki, Ankara Universitetinin Dil, tarix və coğrafiya fakültəsinin Çağdaş türk ləhcələri və ədəbiyyatı bölməsi nəzdində fəaliyyət göstərən Azərbaycan dili ixtisası üzrə ana dilimiz və ədəbiyyatımızla bağlı layihələrin həyata keçirilməsi, bununla bağlı tədbirlərin, müsabiqələrin, tanınmış şəxsiyyətlərin yubileylərinin keçirilməsi, habelə fakültənin Azərbaycana dair nəşrlərlə təmin olunması müzakirə edilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Çağdaş türk ləhcələri və ədəbiyyatı bölümünün rəhbəri professor F.Sema Barutcu Özöndər və bölüm nəzdində fəaliyyət göstərən Azərbaycan dili ixtisasının müdiri Dr. Mehmet Rıza Heyet ilə görüş keçirib.

Görüş zamanı ortaq layihələr, ana dilimizin tədrisi prosesi, Azərbaycan türkcəsinə maraq və perspektivlər, sözügedən fakültə ilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Qazi Universitetində yaradılmış Azərbaycan dilinin Tədrisi Ocağı arasında əməkdaşlıq və gələcək layihələrə dair fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycan dili ixtisasının tələbələri ilə görüş keçirilib.

Görüş zamanı Azərbaycan dilinin öyrənilməsi, milli mədəniyyətimiz və tariximizlə bağlı çıxışlar və məruzələr dinlənilib, tələbələrin maraq doğurduğu suallar cavablandırılıb. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ölkəmizlə bağlı kitab kolleksiyası hədiyyə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə xarici ölkələrdəki Azərbaycan mədəniyyət mərkəzləri milli mədəniyyətimizlə yanaşı, ana dilimizin təbliği ilə bağlı layihələr reallaşdırırlar.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri