Icma.az
close
up
RU
Ankarada “Heydər Əliyev Doğum Həftəsi” tədbirləri keçirilir

Ankarada “Heydər Əliyev Doğum Həftəsi” tədbirləri keçirilir

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Ankarada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə “Heydər Əliyev Doğum Həftəsi” tədbirləri başlayıb.
Newscenter.az xəbər verir ki, silsilə tədbirlər çərçivəsində Türkiyə- Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) və Azərbaycanın Türkiyədəki Səfirliyinin birgə təşkilatçılığı ilə Şuşa Konqres Mərkəzində “Heydər Əliyev və Türk Dünyası” paneli təşkil olunub.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə 1 dəqiqəlik sükut və Azərbaycan və Türkiyənin dövlət himnləri ilə başlayan paneldə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və TADİV sədri Aygün Attar açılış çıxışları edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz rolu və mirası, türk dünyasının birliyi üçün fəaliyyətindən danışıblar.

Paneldə Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının Türkiyədəki səfirləri, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin rəsmisi Ayşe Üzer Azərbaycan xalqının Ümummilli liderinin türk dünyasındakı yerindən danışıblar, onun yalnız Azərbaycanın deyil, bütün türk dünyasının ən böyük liderlərindən biri olduğunu vurğulayıblar.
Panelin davamında türk jurnalist, professor Aysel Sadak İltaşın “İnsan ürəyi ilə Heydər baba” kitabının təqdimatı baş tutub.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım, millət vəkili Ayyüce Türkeş və Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç kitabı təqdim edərək, Ümummilli lider Heydər Əliyevi yalnız siyasətçi olaraq deyil, insani yönləri baxımından tanınması üçün rolunu qeyd ediblər və xüsusilə gənc nəsil üçün qaynaq kimi önəmini vurğulayıblar.
Kitabın müəllifi Aysel Sadak çıxış edərək, kitabın yazılma prosesi barədə məlumat verib.
Paneldə Türkiyədən dövlət rəsmiləri, millət vəkilləri, diplomatik korpus nümayəndələri, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş beynəlxalq idman çempionatının açılışı edilib.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 May 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri