Icma.az
close
up
RU
Ankarada “Istanbul Photo Awards 2024” fotomüsabiqəsinin qaliblərinin sərgisi açılıb AZƏRTAC

Ankarada “Istanbul Photo Awards 2024” fotomüsabiqəsinin qaliblərinin sərgisi açılıb AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara, 12 dekabr, AZƏRTAC

Ankaradakı “CerModern” İncəsənət Mərkəzində “Istanbul Photo Awards – 2024” fotomüsabiqəsinin qaliblərinin sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, “Anadolu” agentliyinin təşkil etdiyi müsabiqənin bu il 10 yaşı tamam olur. Sərginin ziyarətçilərinə bu ilin ən əlamətdar hadisələrini obyektivləri ilə lentə alan dünyanın ən yaxşı fotoqraflarının əsərləri təqdim olunub.

Bu il nüfuzlu müsabiqənin münsiflər heyəti tərəfindən Yaxın Şərqdəki hadisələri, Türkiyədə dağıdıcı zəlzələ zonasındakı vəziyyəti, Meksikada cinayətkar kartellərlə mübarizəni, Əfqanıstandakı qaçqınların vəziyyətini, Hindistanda ayrı-seçkiliyi, Şri-Lankada ətraf mühitin çirklənməsini, İspaniyada daşqınları, Umbildon turnirini və bir çox digər hadisələri əks etdirən fotoşəkillər seçilib.

“Anadolu” agentliyinin baş direktoru Serdar Karagöz “Istanbul Photo Awards”ın fotoqrafiya dünyasındakı mövqeyinin gücləndiyini vurğulayıb. Qeyd edib ki, müsabiqənin hər yeni fotosərgisi ötən ilin ən əlamətdar hadisələrinin güzgüsüdür: “Əminəm ki, gələcəyin tarixçi nəsillərinə zəmanəmizin reallıqlarını dərk etmək üçün “Istanbul Photo Awards” iştirakçılarının əsərləri ilə tanış olmaq kifayət edəcək”, - deyə o bildirib.

Baş direktor qeyd edib ki, 118 ölkədən olan fotoqraflar işlərini “Istanbul Photo Awards 2024” müsabiqəsinin təşkilat komitəsinə göndəriblər. Münsiflər heyəti 20 mindən çox fotoşəkil arasından 10 müxtəlif kateqoriya üzrə 32 ən yaxşı fotoşəkili seçib. Müəlliflərə mükafatlar təqdim olunub.

Karagöz “Istanbul Photo Awards – 2025” fotomüsabiqəsinə müraciətlərin qəbulunun başlanmasına diqqət çəkib. “Fotoşəkillər yanvar ayının 10-dək istanbulphotoawards.com səhifəsi vasitəsilə qəbul ediləcək”, - deyə o bildirib və dünyanın hər yerindən fotoqrafları bu nüfuzlu müsabiqədə iştirak etməyə çağırıb.

Builki fotomüsabiqənin sərgisi dekabrın 22-dək davam edəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri