Icma.az
close
up
RU
Ankarada “Istanbul Photo Awards2024” fotomüsabiqəsinin qaliblərinin sərgisi açılıb AZƏRTAC

Ankarada “Istanbul Photo Awards2024” fotomüsabiqəsinin qaliblərinin sərgisi açılıb AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 12 dekabr, AZƏRTAC

Ankaradakı “CerModern” İncəsənət Mərkəzində “Istanbul Photo Awards–2024” fotomüsabiqəsinin qaliblərinin sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, “Anadolu” agentliyinin təşkil etdiyi müsabiqənin bu il 10 yaşı tamam olur. Sərginin ziyarətçilərinə bu ilin ən əlamətdar hadisələrini obyektivləri ilə lentə alan dünyanın ən yaxşı fotoqraflarının əsərləri təqdim olunub.

Bu il nüfuzlu müsabiqənin münsiflər heyəti tərəfindən Yaxın Şərqdəki hadisələri, Türkiyədə dağıdıcı zəlzələ zonasındakı vəziyyəti, Meksikada cinayətkar kartellərlə mübarizəni, Əfqanıstandakı qaçqınların vəziyyətini, Hindistanda ayrı-seçkiliyi, Şri-Lankada ətraf mühitin çirklənməsini, İspaniyada daşqınları, Umbildon turnirini və bir çox digər hadisələri əks etdirən fotoşəkillər seçilib.

“Anadolu” agentliyinin baş direktoru Serdar Karagöz “Istanbul Photo Awards”ın fotoqrafiya dünyasındakı mövqeyinin gücləndiyini vurğulayıb. Qeyd edib ki, müsabiqənin hər yeni fotosərgisi ötən ilin ən əlamətdar hadisələrinin güzgüsüdür: “Əminəm ki, gələcəyin tarixçi nəsillərinə zəmanəmizin reallıqlarını dərk etmək üçün “Istanbul Photo Awards” iştirakçılarının əsərləri ilə tanış olmaq kifayət edəcək”, - deyə o bildirib.

Baş direktor qeyd edib ki, 118 ölkədən olan fotoqraflar işlərini “Istanbul Photo Awards-2024” müsabiqəsinin təşkilat komitəsinə göndəriblər. Münsiflər heyəti 20 mindən çox fotoşəkil arasından 10 müxtəlif kateqoriya üzrə 32 ən yaxşı fotoşəkli seçib. Müəlliflərə mükafatlar təqdim olunub.

Karagöz “Istanbul Photo Awards-2025” fotomüsabiqəsinə müraciətlərin qəbulunun başlanmasına diqqət çəkib. “Fotoşəkillər yanvar ayının 10-dək istanbulphotoawards.com səhifəsi vasitəsilə qəbul ediləcək”, - deyə o bildirib və dünyanın hər yerindən fotoqrafları bu nüfuzlu müsabiqədə iştirak etməyə çağırıb.

Builki fotomüsabiqənin sərgisi dekabrın 22-dək davam edəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri