Ankarada Türk Dünyası Ali Təhsildə Tərəfdaşlıq Sertifikat Proqramının açılışı olub
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ankara, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Ankarada Türk Dünyası Ali Təhsildə Tərəfdaşlıq Sertifikat Proqramının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsi (YTB) tərəfindən təşkil olunan mərasimdə proqramın rəhbəri, Yaxın Şərq (Ortadoğu Teknik) Texniki Universitetinin professoru Şəfiqə Şule Erçetin çıxış edib. O bildirib ki, təşəbbüsün məqsədi türk dövlətləri arasında ali təhsil sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi və miqyasının genişləndirilməsinə töhfə verməkdir.
Tədbirdə çıxış edən Türkiyə Elmlər Akademiyasının prrezidenti Müzəffər Çətin, YTB-nin rəhbəri Abdulhadi Turus, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesten və başqaları elm və təhsil sahəsindəki əməkdaşlığın Türk dünyasında inteqrasiya prosesləri üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Qeyd edilib ki, universitetlərin missiyası bilik verməklə yanaşı, ölkələr arasında körpü yaratmaqdan ibarətdir.
Türkiyə, Azərbaycan, Mərkəzi Asiya ölkələri, Şimali Kipr Türk Respublikası və Macarıstandan elm adamlarının qatıldığı ilk proqram 4 gün davam edəcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 07 Sentyabr 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















