Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Ankarada Zeynalabdin Tağıyevə həsr olunmuş tədbir keçirilib

Ankarada Zeynalabdin Tağıyevə həsr olunmuş tədbir keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ankara, 23 may, AZƏRTAC

Türkiyənin aparıcı universitetlərindən biri olan Ankaranın Qazi Universitetində XX əsrin əvvəllərində tanınmış azərbaycanlı sənayeçisi və xeyriyyəçisi Zeynalabdin Tağıyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Qazi Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi, Türkiyənin Siyasi və Strateji Araşdırmalar Fondu (TÜRPAV), “AZAFLI” Azərbaycan Sosial Dəstək və Mədəniyyət Cəmiyyəti, qardaş ölkədəki azərbaycanlı tələbələrin bir sıra birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Təşəbbüs Ankara Universitetinin rektorluğu və Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) tərəfindən dəstəklənib.

Tədbiri giriş sözü ilə AZAFLI cəmiyyətinin rəhbəri, hüquqşünas Arzuman Azaflı və Qazi Universitetinin Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri, professor Bülənt Aksoy açıblar. Onlar Zeynalabdin Tağıyevin həyat yolundan, mesenatın ölkəsində təhsilə, mədəniyyətə və mətbuata hərtərəfli dəstəyindən danışıblar.

Professor B.Aksoy xüsusilə Z.Tağıyevin təkcə Azərbaycan sakinlərinə deyil, dünyanın müxtəlif ölkələrində, o cümlədən Osmanlı dövlətində yaşayan müsəlmanlara da yardım etdiyini, Osmanlı kitabxanalarına kitablar bağışladığını xatırladıb.

Daha sonra Türkiyənin bir sıra universitetlərinin professorları – Karabük Universitetinin professoru Əli Əsgər və Ankara Sosial Elmlər Universitetinin professoru Qiyas Şüküroğlunun iştirakı ilə panel çıxışlar olub. TÜRPAV-ın rəhbəri Sinan Demirtürk moderatorluq edib.

Müzakirələrdə iştirak edənlər öz xalqını maarifləndirməyə, gənc nəsildə vətənpərvərlik hisslərini inkişaf etdirməyə çalışan Azərbaycan və Türkiyənin görkəmli övladlarının irsinin təbliğinin vacibliyini qeyd ediblər.

Türkiyədə Z.Tağıyev kimi görkəmli xeyriyyəçilərə həsr olunmuş elmi əsərlərin sayının artacağına ümid ifadə olunub.

Tədbirin təşkilatçılarından biri, Karabük Universitetinin professoru Əli Əsgər Azərbaycanın tanınmış xadimlərinin və xeyriyyəçilərinin keçdiyi həyat yolu ilə bağlı Türkiyə ictimaiyyətinin hərtərəfli məlumatlandırılmasının vacibliyini vurğulayıb.

“Zeynalabdin Tağıyev şəxsiyyəti onilliklər keçsə də, vətənpərvərlik və əsl ziyalılıq nümunəsi olaraq qalır. Sənayeçi çətinliyə düşənlərin hamısına təmənnasız yardım göstərməyə can atıb, çoxsaylı layihələr həyata keçirib, qızlar üçün gimnaziya açıb, Bakıda su təchizatı probleminin həllinə nail olub, ana dilində təhsili stimullaşdırıb”, - deyə Əli Əsgər bildirib.

O, sahibkarın Azərbaycanda teatr sənətinə verdiyi dəstəyi də xatırladıb. “Tağıyev kimi şəxsiyyətlər hər bir xalq üçün qürur mənbəyidir. Mən istərdim ki, türk xalqlarının tarixində belə əlamətdar şəxsiyyətlər mümkün qədər çox olsun”, - deyə professor vurğulayıb.

Tədbir Zeynalabdin Tağıyevin xatirəsinə həsr olunmuş musiqili proqram və səhnələşdirilmiş tamaşa ilə başa çatıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:393
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 04:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see657

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see341

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see321

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see316

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see305

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see302

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see283

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see274

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see272

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see256

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see254

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see232

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see222

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see222

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see222

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see215

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see211

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see207

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri