Icma.az
close
up
RU
Ankaraya müalicəyə gedən Əvəz Zeynallının vəziyyətinin pisləşdiyi bildirilib

Ankaraya müalicəyə gedən Əvəz Zeynallının vəziyyətinin pisləşdiyi bildirilib

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı səhhətindəki problemlərlə əlaqədar vaxtından əvvəl azadlığa buraxılandan bir neçə gün sonra müayinə və müalicə məqsədilə təcili Türkiyəyə gedib.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda yoğun bağırsaqda bəd xassəli şiş aşkarlanması və qaraciyərə metastaz verməsi haqda diaqnoz qoyulan Əvəz Zeynallı mayın 5-də Türkiyənin paytaxtı Ankaradakı özəl klinikalardan birində müayinədən keçib. Həyat yoldaşı Məlahət Zeynalova bildirib ki, diaqnozu dəqiqləşdirmək və müalicəyə başlamaq üçün müxtəlif müayinələrdən keçib, ondan qan analizləri götürülüb.

Həyat yoldaşının bildirdiyinə görə, son günlər Əvəz Zeynallının vəziyyəti pisləşib. Məlahət Zeynalova deyir ki, hələlik analizlərin cavabı məlum deyil: “Üç gündür nə yerdəyik, nə göydə. Əvəz Zeynallı analizlərin cavabını gözləyir. Vəziyyəti kəskin pisləşib”.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-da həbs olunmuşdu. Əvvəl ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə ittiham irəli sürülmüşdü. “Xural TV” rəhbəri “Baku Steel Company” MMC-nin keçmiş rəhbəri Rasim Məmmədov haqqında materiallar yaymamaq üçün onun ailəsindən 20 min manat pul almaqda ittiham olunurdu. Daha sonra dələduzluq, nüfuz alveri kimi ittihamlar da əlavə edildi. Lakin Əvəz Zeynallı ittihamları qəbul etmir, jurnalist fəaliyyətinə görə cəzalandırıldığını bildirirdi.

Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilsə də, yuxarı instansiya müddəti 2 ay azaltmışdı.

2025-ci il aprelin 25-də o, Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsindən azad edilərək, həbsdən buraxılıb. Buna səbəb isə “Xural TV” rəhbərinin həbsdə xərçəng xəstəliyinə tutulması olub.

Əvəz Zeynallının vəkilləri yoğun bağırsaqda bəd xassəli şiş aşkarlanması və qaraciyərə metastaz verməsi haqda tibbi sənədləri məhkəməyə təqdim edib.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 May 2025 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri