“Anşlaq yalnız “İmarət Tayfa”nın üzərinə düşən vəzifə deyil” “Azərsun Arena”da nə olacaq?
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
“Qarabağ” və “İmarət Tayfa” azarkeş qrupu mayın 18-də keçiriləcək “Kəpəz”lə ev oyunu üçün azarkeşləri stadiona dəvət edib. Klub rəsmi şəkildə azarkeşlərə çağırış ünvanlayıb:
“Dəyərli azarkeşlərimiz, bu mübarizədə sizin dəstəyiniz bizim gücümüzdü. Birlikdə növbəti çempionluğun vaxtıdı”.
Görəsən, “İmarət Tayfa”, heç olmasa, çempionluq mərasimində tribunaları doldura, “Azərsun Arena”da qələbəlik yarada biləcəkmi? Bu sualları “İmarət Tayfa”nın rəhbərlərindən Elnur Quliyevə ünvanladıq:
“Çox sayda azarkeşlə iştirak etmək istəyirik. Anşlaq yalnız “İmarət Tayfa”nın üzərinə düşən vəzifə deyil. Azarkeş qrupumuzun stadionu tam doldurması qeyri-realdı. Bu, ümumilikdə “Qarabağ” azarkeşlərinin üzərinə düşən bir məsuliyyətdi. Bu komandanın da xeyrinədi. Stadion dolu olanda futbolçular da özlərini daha yaxşı hiss edirlər. Sizin saytınız vasitəsilə azarkeşlərə müraciət edirəm: gəlin, oyunlarda iştirak edin və tribunalarda gözəl görüntü yaradaq”.
ƏSƏD SEYİDOV


