Ansu Fatinin atası Barselona rəhbərliyinə şikayət etdi
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ansu Fatinin yaxın ətrafı "Barselona"nın futbolçuya münasibətindən narazılığını bildirib.
Oxu.Az "Jijantes" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun atası birbaşa "Barselona"nın direktorlarına vəziyyətdən narazı olduğunu bildirib. O, hücumçunun baş məşqçi Hans Flikin ona oynamaq üçün şans verməsinə görə əlindən gələni etdiyini, amma hələ ki nəticənin olmadığını düşünür.
Fatinin yaxınları əmindirlər ki, Ansu daha çox şansa və yeni imkanlara layiqdir. 22 yaşlı futbolçu digər klublardan gələn bütün təklifləri rədd edib və yalnız "Barselona"da uğur qazanmağa ümid edir.
Qeyd edək ki, bu mövsümdə Fati La Liqada dörd oyun keçirib. Sonuncu dəfə 4 yanvar tarixində İspaniya Kubokunun oyununda meydana çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 20 Mart 2025 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















