“Monako” Ansu Fatinin keçidini rəsmən açıqlayıb
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Monako” Ansu Fatinin “Barselona”dan keçidini rəsmi olaraq açıqlayıb.
İdman.biz xəbər verir ki, 22 yaşlı futbolçu 2025/26 mövsümünün sonuna qədər icarə əsasında Monako təmsilçisinin heyətində çıxış edəcək.
Müqavilədə Fatinin tam transferinin mümkünlüyü də nəzərdə tutulur. Əvvəl yayılan məlumatlara görə, “Monako” gələcəkdə ispaniyalı vinger 11 milyon avroya transfer edə biləcək.
Fati yeni klubunda 31 nömrəli formada çıxış edəcək.
O, geridə qalan mövsümdə bütün turnirlərdə ümumilikdə 11 oyunda iştirak edib, lakin qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb. Daha əvvəl “Barselona” futbolçu ilə müqaviləni 2028-ci ilin yayına qədər uzatmışdı.
Qeyd edək ki, "Transfermarkt" portalının məlumatına əsasən, Fatinin bazar dəyəri 5 milyon avro təşkil edir.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 01 İyul 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















