Icma.az
close
up
RU
Antalya Forumunda Cənubi Qafqazda regional əməkdaşlığa dair çağırışlar və fürsətlər müzakirə olunub

Antalya Forumunda Cənubi Qafqazda regional əməkdaşlığa dair çağırışlar və fürsətlər müzakirə olunub

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

IV Antalya Diplomatiya Forumunun (ADF2025) ikinci günündə əsas gündəm maddələrindən biri “Cənubi Qafqazda regional əməkdaşlığa dair çağırışlar və fürsətlər” mövzusunun müzakirəsi olub.

Pravda.az xəbər verir ki, bununla bağlı keçirilən panel iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, eləcə də Gürcüstan və Ermənistanın XİN başçıları Maka Boçorişvili ilə Ararat Mirzoyan iştirak ediblər.

Tədbirdə çıxış edən Ceyhun Bayramov İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistanın Cənubi Qafqazda tarixi bir hadisə olaraq normallaşma prosesinə başladığını vurğulayıb. O qeyd edib ki, 44 günlük müharibədən sonra Azərbaycan Ermənistanla sülhün əldə olunması və Sülh sazişinin imzalanması məsələsini gündəmə gətirib. 2022-ci ilin oktyabr ayında başlayan bu proses qarşılıqlı görüşlərlə davam edib. Bu müddət ərzində bir çox görüşlər keçirilib. Ötən ay Sülh sazişinin mətninin hazırlanma prosesi başa çatıb. Növbəti mərhələdə sənədin icrasına başlanılacaq və prosesin yekunlaşacağı gözlənilir.

Azərbaycanın xarici işlər naziri onu da qeyd edib ki, bu proseslə biz uzun illər fəaliyyəti dayandırılmış bir məsələnin yenidən işə salınmasına başlayırıq. Ermənistan da bu gerçəyi qəbul edir. Bununla bağlı Ermənistan konstitusiyasında lazımi dəyişikliklər ediləcək ki, bu dəyişikliklər torpaqlarla bağlı haqq iddiaları məsələsinin həllinə gətirib çıxaracaq. C.Bayramov əlavə edib: “Artıq Azərbaycan və Ermənistan arasında Sülh sazişinin imzalanması ilə bağlı başqa maneələrlə qarşılaşacağımızı düşünmürük. Azərbaycanla Ermənistan sülh baxımından çox uğurlu bir dövrü geridə qoyub”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tarixi düşüncələrə bağlı qalmağın doğru olmadığını vurğulayıb və xalqların gələcəyi naminə önümüzə baxmağın vacibliyini qeyd edib. O, məsələyə hər iki tərəfə fayda verəcək qurucu bir baxışla yanaşmağın düzgün olduğunu düşündüyünü bildirib: “İndi biz fikrimizi bu günə və gələcəyə cəmləşdirməliyik. “Kim daha çox insan öldürdü” kimi keçmişə bağlı iddiaları davam etdirmək yalnız yeni mübahisələrə səbəb olacaq. Biz, ilk növbədə, bölgədə sülhü inşa etməliyik”.

Mirzoyan uzun danışıqlardan sonra sülh sazişinin mətni ilə bağlı ortaq fikrə gəldiklərini, artıq sənədin imzalanma tarixi və yerini müəyyən etməli olduqlarını bildirib. O, mətndə konstitusiyadakı suverenlik aktına istinad edilən maddə ilə bağlı dəyişiklik məsələsinin mövcudluğunu qeyd edərək, bunun konstitusiya məhkəməsinin qərarına bağlı olduğunu vurğulayıb. “Teorik olaraq, ziddiyyətin aradan qaldırılacağına inanıram. Bu, ölkələrimiz üçün bir başlanğıc nöqtəsidir. Əlbəttə sülh prosesi ilə bağlı məsələlər davam edəcək və biz bununla bağlı danışmağa, əməkdaşlıq imkanları yaratmağa davam edəcəyik. Biz bununla dünyaya bir mesaj vermək istəyirik: “keçmişi qazımağın, ona bağlı qalmağın və buna vaxt sərf etməyin mənası yoxdur”. Xalqlarımızın ortaq gələcəyi və rifahı üçün çalışmalıyıq. Bunun üçün bütün lazımi imkanlar qarşımızdadır. Biz birlikdə gələcək mərhələyə keçməyə hazırıq və bu, özü ilə sülh içində əməkdaşlıq imkanlarını gətirəcək”, - deyə Mirzoyan əlavə edib.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili isə bildirib: “Təbii ki, sülh içində yaşayan bir Cənubi Qafqaz hər birimizin öncəliyidir. Bölgəmizin çox ciddi bir potensiala sahib olduğunun da fərqindəyik. Bu potensialdan tam şəkildə istifadə etmək istəyiriksə, o zaman bölgəyə davamlı bir sülh gətirməliyik. Elə bu səbəbdən də biz hər şeydən əvvəl iki ölkə arasında sülhü böyük məmnuniyyətlə qarşılayırıq və Azərbaycan ilə Ermənistan arasındakı Sülh sazişinin çox böyük bir uğur olacağına inanırıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://pravda.az
archiveBu xəbər 12 Aprel 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri