Icma.az
close
up
RU
Regionlardakı ali məktəblərə qəbul olanların sayı azalıb

Regionlardakı ali məktəblərə qəbul olanların sayı azalıb

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəbul olanların 82.24 faizi Bakı şəhərində yerləşən ali təhsil müəssisələrini seçib

Bu il ali təhsil müəssisələri üzrə, bütövlükdə, dövlət hesabına maliyyələşdirilən ixtisaslara qəbul olanların (subbakalavrlar da nəzərə alınmaqla) 82.24%-i (22769 nəfər) Bakı şəhərində, 17.76%-i (4918 nəfər) isə respublikanın regionlarında yerləşən ali təhsil müəssisələrini seçib.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent 12” jurnalında qeyd olunub.

Bildirilib ki, 2023-cü ildə bu göstəricilər müvafiq olaraq 84.96% (22127 nəfər) və 15.04% (3916 nəfər) olub: “Bakı şəhəri və regionlar üzrə qeyd olunan göstəricilərin ötən illə müqayisədə builki cüzi dəyişməsinə (dəyişmə əsasən, Qarabağ Universitetinin yalnız dövlət sifarişi əsasında qəbul aparılan yerlərin hesabına olub) baxmayaraq, Bakı şəhərində və regionlarda yerləşən ali təhsil müəssisələrinə son on beş ildə dövlət hesabına maliyyələşdirilən yerlərə qəbul olanların nisbi çəkisinin müqayisəli təhlili göstərir ki, bu illər ərzində Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinə qəbul olanların faizi 79.73-dən 82.24-yə qədər artıb, regionlarda yerləşən ali təhsil müəssisələrinə qəbul olanların faizi isə 20.27-dən 17.76-ya qədər azalıb. Beləliklə, aydın olur ki, dövlət hesabına maliyyələşdirilən yerlərə müsabiqənin bütün ali təhsil müəssisələri üzrə mərkəzləşdirilmiş şəkildə aparılması ötən illərlə müqayisədə hazırda regionlarda yerləşən ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə qəbul olanların faizinin azalmasına səbəb olub”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://ayna.az
archiveBu xəbər 03 İyun 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri