Icma.az
close
up
RU
Antalya forumundan dünyaya mesaj

Antalya forumundan dünyaya mesaj

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Hakan Fidan Antalya Diplomatiya Forumunun yekunlarına dair brifinqdə bildirib ki, Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Şahbaz Şərif arasında nümayiş olunan səmimiyyət bütün dünyaya mühüm bir mesajdır.

O vurğulayıb ki, bu birlik “qardaşların bütün dünyaya mesajıdır”.

Fidan əlavə edib ki, hər üç lider dostluq münasibətlərini dəfələrlə sübut ediblər və bu, xalqların hisslərini də əks etdirir. Onun sözlərinə görə, bu liderlərin birliyi regional sülh və təhlükəsizlik baxımından beynəlxalq diqqət mərkəzindədir.

Bu yaxınlaşma regionda yeni siyasi və iqtisadi əməkdaşlıq mərhələsinin başlanğıcı ola bilərmi?

Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki,

Azərbaycan bölgənin əsas lider dövləti olaraq regionda dayanıqlı sülhə nail olunmasının əsas müəlliflərindəndir.

Həmçinin bu prosesdə qardaş Pakistan dövləti də iştirak edir. Antalya Diplomatiya Forumunda Pakistanın Baş naziri Şahbaz Şərif də növbəti dəfə öz mövqeyini ifadə edib, Azərbaycanı qardaş ölkə adlandırıb və birgə fəaliyyət istiqamətlərinin konturları ilə bağlı fikirlərini bölüşüb.

“Bu gün dünyada formalaşmaqda olan çoxqütblü sistemdə yeni bir qütbün yaranması və güclənməsi prosesi gedir. Buraya Türk Dövlətləri Təşkilatı, eyni zamanda Türk Dövlətləri Təşkilatına bilavasitə dəstək verən və onun yanında olan Pakistan və bir sıra başqa ölkələr də daxildir. Məqsəd bölgədə dayanıqlı sülhün təmin olunmasıdır.

Düzdür, regionda başqa təhdidedici amillər də mövcuddur. Hazırda davam edən ABŞ–İsrail–İran qarşıdurması çərçivəsində uzunmüddətli gərginlik müşahidə olunub və yenə də müharibə mesajları verilməkdədir. Prosesin nə ilə nəticələnəcəyi isə hələ böyük sual olaraq qalır. Regionda sülhün tam şəkildə bərqərar olması üçün bu problemin həlli də olduqca vacibdir.

Çünki İran da bölgədə qonşu dövlətdir. ABŞ-ın da bu prosesdə bilavasitə tərəf kimi iştirakı, həm də geniş mənada regionda öz nüfuz dairəsini genişləndirmək məqsədini daşıyır.

Nəzərə alsaq ki, ABŞ Zəngəzur dəhlizi ilə bağlı – “Tramp yolu" adlandırılan layihənin bilavasitə əsas iştirakçılarından biridir.

Bu kontekstdən yanaşdıqda ABŞ–İran qarşıdurmasının tezliklə həlli Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması üçün vacibdir”-deyə deputat bildirib.

Arzuxan Əlizadə vurğulayıb ki, bu layihənin reallaşması üçün müəyyən əngəllər mövcuddur və həmin əngəllər aradan qaldırılmalıdır: “Bu əngəllər sırasında Ermənistanın üzərinə götürdüyü öhdəliklər də var ki, onlar yerinə yetirilməlidir. Ermənistanda keçiriləcək seçkilərdən sonra Paşinyan hakimiyyətdə qalarsa, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina edilməsi və digər məsələlərin həlli ilə bağlı addımlar atılmalıdır. Ermənistanın da marağındadır ki, layihələr gerçəkləşsin və Ermənistan tranzit ölkəyə çevrilsin, Azərbaycan və Türkiyə ilə sərhədlər açılsın.”

İradə Cəlil, Bizimyol.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Aprel 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri