TÜRKPA nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin Sədri ilə görüşüb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Numan Kurtulmuş ilə görüşüb.
AZƏRTAC- xəbər veriri ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Bir neçə gün əvvəl Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilmiş TÜRKPA-nın 15-ci Assambleya Şurasının və plenar iclasının uğurla başa çatması xüsusi vurğulanıb.
Tərəflər qardaş türk dövlətləri arasında münasibətlərin daha da inkişaf etdirilməsi, xüsusilə müstəqil və güclü siyasətə malik Azərbaycan ilə Türkiyə arasında mövcud olan strateji tərəfdaşlığın və sarsılmaz qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər. Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi, hərbi və parlament sahələrində əməkdaşlığın genişləndirilməsinin Türk dünyasının birliyinin gücləndirilməsinə mühüm töhfə verdiyi və digər qardaş dövlətlər üçün nümunə təşkil etdiyi qeyd olunub.
Görüşdə TÜRKPA-nın Türk dövlətləri arasında parlament diplomatiyasının inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində oynadığı mühüm rol xüsusi vurğulanıb. 2027-ci ildə və sonrakı dövrlərdə Assambleyanın fəaliyyətinin daha da genişləndirilməsi, qardaş dövlətlərin qanunvericilik bazalarının yaxınlaşdırılması, birgə layihələrin həyata keçirilməsi və parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 27 Oktyabr 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















