Azərbaycanın U 23 Avropa çempionatı üçün heyəti açıqlandı
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Azərbaycanın İtaliyanın Neapol şəhərində keçiriləcək U-23 Avropa çempionatında iştirak edəcək cüdoçularının adları müəyyənləşib.
İdman.Biz xəbər verir ki, oktyabrın 30-dan noyabrın 1-dək davam edəcək yarışda ölkəmizi beş çəki dərəcəsində səkkiz idmançı təmsil edəcək.
60 kq çəkidə Murad Muradlı və Babarəhim Mirzəyev, 66 kq-da Nizami İmranov və İslam Rəhimov, 73 kq-da isə Əbil Yusubov və Mehdi Cəfərov tatamiyə çıxacaqlar.
100 kq çəki dərəcəsində Əjdər Bağırov, 100 kq-dan yuxarı çəkidə isə Kənan Nəsibov mübarizə aparacaq.
Cüdoçularımıza kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və məşqçi Əbdülhəqq Rəsullu rəhbərlik edəcəklər.
Bu mövzuda digər xəbərlər:Azərbaycanın U 17 dünya çempionatı üçün ilkin güləş heyəti açıqlandı
12 İyul 2026 11:59
Azərbaycanın sambo üzrə dünya çempionatı üçün heyəti açıqlandı
02 Noyabr 2026 20:22
Azərbaycan güləş yığmalarının U 23 dünya çempionatı üçün heyəti açıqlanıb
07 Oktyabr 2026 17:32
Millimizin Avropa çempionatı üçün heyəti
27 Yanvar 2025 12:22
Millinin Avropa çempionatı üçün heyəti
07 Mart 2025 13:30
Baxış sayı:151
Bu xəbər 27 Oktyabr 2026 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















