Icma.az
close
up
RU
Antiterror tədbirləri Prezidentin siyasi iradəsinin və xalqın birliyinin təntənəsidir RƏY

Antiterror tədbirləri Prezidentin siyasi iradəsinin və xalqın birliyinin təntənəsidir RƏY

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Azərbaycan bütün dünyaya sübut etdi ki, beynəlxalq hüququn prinsiplərinə hörmət edir, eyni zamanda hüquqlarını qorumaqda heç kəsə güzəştə getməyəcək.

Bunu "Report"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarını Vətən müharibəsində işğaldan azad etdikdən sonra Qarabağda yaranmış yeni reallıq arzuladığı kimi deyildi:

"Qeyri-qanuni silahlı dəstələrin bölgəni tərk etməməsi, mina təhlükəsinin davam etməsi, diversiya hadisələrinin baş verməsi Azərbaycanın dövlət suverenliyini məhdudlaşdıran əsas maneələr idi. 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanatı bölgədə yeni mərhələ açdı. Ermənistan kapitulyasiya aktına imza atdı, amma praktiki olaraq bəyanatın bütün müddəaları yerinə yetirilmədi".

Deputat 2023-cü ilin sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə toxunaraq bu əməliyyatın ən böyük xüsusiyyətinin məqsədli və məhdud xarakter daşıdığını vurğuladı:

"Ordumuz yalnız hərbi obyektləri hədəfə aldı, mülki əhalinin təhlükəsizliyi isə diqqətlə qorundu. Bu, Azərbaycanın gücünün yanında humanist dəyərlərə sadiqliyinin, hərbi gücünün növbəti göstəricisi oldu. Antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açdı. Azərbaycan göstərdi ki, suverenlik yalnız kağız üzərində yazılan prinsip deyil, real siyasi iradə və hərbi güclə qorunan dəyərdir. Bu siyasi iradənin əsas müəllifi isə İlham Əliyevdir".

Parlamentari onu da söyləyib ki, antiterror əməliyyatı təkcə hərbi qələbə deyildi.

"Bu, həm də siyasi, diplomatik və psixoloji baxımdan böyük bir dönüş nöqtəsi idi. Azərbaycan bütün dünyaya sübut etdi ki, beynəlxalq hüququn prinsiplərinə hörmət edir, lakin eyni zamanda öz hüquqlarını qorumaqda heç kəsə güzəştə getməyəcək. Əməliyyat nəticəsində bölgədə uzunmüddətli sülh üçün yeni imkanlar yarandı. Artıq Qarabağda həyatın dirçəlməsi, infrastruktur layihələrinin genişlənməsi və əhalinin rifahının yüksəldilməsi üçün maneələr aradan qalxdı. 19–20 sentyabr əməliyyatı Azərbaycan tarixində sadəcə hərbi uğur deyil, həm də milli qürurun, Prezidentin siyasi iradəsinin və xalqın birliyinin təntənəsi kimi qalacaq. Bu qətiyyətli addım sübut etdi ki, Azərbaycan xalqı öz haqqını qorumaqda sarsılmazdır və dövlətimiz bölgədə davamlı sülh və inkişafın təminatçısıdır", - deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 Sentyabr 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see235

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see213

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see210

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see199

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see195

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see183

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see171

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see168

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see168

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see165

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see151

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see149

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri