Antoni Betisə keçir
Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Mançester Yunayted"in cinah oyunçusu Antoni karyerasını "Betis"də davam etdirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər braziliyalı futbolçunun birbaşa transferi ilə bağlı razılığa gəliblər.
Transferin dəyəri 25 milyon avro təşkil edəcək.
Bundan başqa, “Mançester Yunayted” gələcək satışdan əldə olunacaq məbləğin 50 faizinə sahib olacaq.
Xatırladaq ki, 25 yaşlı oyunçu 2022-ci ilin yayında 95 milyon avroya “Ayaks”dan “Mançester Yunayted”ə keçmişdi.
Lakin İngiltərədə gözlənilən performansı göstərə bilməyən Antoni, ötən mövsümün ikinci yarısında “Betis”də icarə əsasında çıxış edərək yaxşı təsir bağışlamışdı.
Baxış sayı:65
Bu xəbər 01 Sentyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















