Antonio Koşta: Monteneqro Aİ də müsbət impulsun ən yaxşı nümunələrindəndir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Podqoritsa, 14 may, AZƏRTAC
Monteneqro Avropa İttifaqının (Aİ) genişlənmə baxımından əldə etdiyi müsbət impulsun ən yaxşı nümunələrindən biridir.
AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Qərbi Balkan regionu ölkələrinə səfəri çərçivəsində Monteneqro Prezidenti Yakov Milatoviçlə görüşdə deyib.
O, Monteneqronun Avropa İttifaqına üzvlük yolunda səylərini yüksək qiymətləndirib. Antonio Koşta Monteneqronun “2028-ci ilədək Aİ-nin 28-ci üzvü olacağıq” şüarını təqdir edib.
Yakov Milatoviç isə bildirib ki, Antonio Koştanın ölkəsinə səfəri Monteneqronun Avropa perspektivinin Aİ-nin gündəmində önəmli yer tutmasının təsdiqidir. Qeyd edib ki, Monteneqronun əsas məqsədi 2028-ci ildə Aİ-nin üzvü olmaqdır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 14 May 2025 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















