Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 16 oktyabr AZƏRTAC
BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın biomüxtəlifliyin qorunması ilə bağlı yeni hesabatını şərh edib.
AZƏRTAC BMT-nin veb-saytına istinadla xəbər verir ki, Baş katib hesabatla bağlı şərhində qeyd edib: “Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir. Bioloji müxtəlifliyin qorunması planetimizin sağlamlığı, iqtisadiyyatlarımızın dayanıqlılığı və bütün insanların rifahı üçün vacib şərtdir”.
O bildirib ki, 2022-ci ildə Monrealda əldə edilmiş mühüm razılaşma – “Kunmin-Monreal qlobal biomüxtəliflik Çərçivəsi” 2050-ci ilə qədər təbiətlə harmoniyada yaşamaq vizyonunu ortaya qoyur və 2030-cu ilə qədər təcili tədbirlərin görülməsini tələb edir. Amma yeni hesabat göstərir ki, dünya bu hədəflərə çatmaqda geri qalır.
Sənədin əsas hədəflərindən biri 2030-cu ilə qədər dünya quru ərazilərinin, daxili suların, sahil zolaqlarının və okeanların ən azı 30 faizinin qorunmasını təmin etməkdir. Lakin hesabatda qeyd olunur ki, mövcud öhdəliklər tam yerinə yetirilsə belə, həmin tarixə qədər quru ərazilərin yalnız 26 faizi, okeanların isə cəmi 12 faizi mühafizə altına alınmış olacaq. Maliyyə, bacarıqlar, əməkdaşlıq və məlumatlar, eləcə də təbiətin məhv edilməsi əvəzinə onun qorunmasını təşviq edən iqtisadi stimullar sahəsində də irəliləyiş ləng gedir.
Baş katib qeyd edib: “Bu pis xəbər o deməkdir ki, təbiətə qarşı müharibə hələ bitməyib”. O xəbərdarlıq edib ki, dünya hələ də bir-biri ilə əlaqəli üç böhranın – iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və çirklənmənin cəngindədir.
Bununla belə, 2022-ci ildən bəri müəyyən irəliləyişlər əldə olunub. Biomüxtəliflik haqqında Konvensiyaya tərəf olan ölkələrin təxminən 90 faizi milli hədəflər müəyyən edib, yarısından çoxu isə bu məqsədlərə çatmaq üçün öz planlarını hazırlayıb. Eyni zamanda, ölkələrin 70 faizdən çoxu əldə etdikləri nəticələri qiymətləndirib və bu barədə hesabat verib. Yerli xalqlar, icmalar, regional və şəhər hakimiyyət orqanları, xeyriyyə təşkilatları və biznes sektoru da təxminən 5000 öhdəlik götürüb; lakin hesabatda iddialı hədəflər ilə real fəaliyyət arasında ciddi uçurum olduğu barədə xəbərdarlıq edilir.
Baxış sayı:151
Bu xəbər 16 Oktyabr 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















