Icma.az
close
up
RU
Aortanın protezləşdirilməsi nəticəsində 256 nəfər qəfil ölümdən xilas olub

Aortanın protezləşdirilməsi nəticəsində 256 nəfər qəfil ölümdən xilas olub

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyük qan dövranında vacib rol oynayan aorta bədənin bütün orqan və toxumalarını oksigenlə zəngin qanla təchiz edən ən böyük damardır. Aorta döş qəfəsi və qarın boşluğu hissələrindən ibarətdir. Aorta anevrizması – aorta divarının zəifliyi nəticəsində onun mənfəzinin lokal genişlənməsi, genişlənmiş hissədə divarının nazikləşməsi və laylanması ilə müşahidə olunan patoloji haldır.

Aorta anevrizmalarının diaqnostikasında istifadə olunan USM, transezofageal exokardioqrafiya (TEE), rentgenoqrafiya, aortoqrafiya, kontrastlı maddə ilə KT və MRT, koronar angioqrafiya, aorta anevrizmalarının açıq və qapalı üsullarla cərrahi müalicəsi icbari tibbi sığorta təminatına daxildir.

2024-cü ildə icbari tibbi sığorta ilə aorta anevrizmalarının protezləşdirilməsi ilə bağlı 256 əməliyyat icra olunub. Onlardan 143-ü abdominal aortaya digər qreftin endovaskulyar implantasiyası (EVAR) və torakal aortaya qreftin endovaskulyar implantasiyası (TEVAR)  adlanan qapalı üsullarla icra olunub. 113 əməliyyat isə aortal qapağın açıq və digər yolla toxuma qrefti ilə dəyişdirilməsi ilə bağlı olub.

Aorta anevrizmalarının müalicəsində tətbiq edilən ən minimal invaziv və müasir metod aortaya qreftin endovaskulyar implantasiyasıdır (EVAR və TEVAR). Yerli və ya ümumi anesteziya altında qasıq nahiyəsində açılan 1-2 sm ölçüdə kiçik dəlikdən kateterlə damara daxil olub aortanın zədələnmiş hissəsinə sintetik qreft yeridilir. Əməliyyat zamanı qarın boşluğu və döş qəfəsi açılmadığından daha az travmatik olur. Açıq cərrahi əməliyyatla müqayisədə sağalma müddəti nisbətən qısa və ağrısız keçir.

Lakin anevrizmanın anatomik yerləşməsindən, pasiyentin yaşından və bir sıra digər amillərdən asılı olaraq açıq əməliyyat aparıla bilər. Zədələnmiş hissə çıxarılır və həmin hissə süni qreftlə əvəz olunur. Bəzən isə açıq və qapalı (endovaskulyar) üsul bir yerdə tətbiq edilir (hibrid əməliyyat).  Müvafiq əməliyyat üsulunun seçilməsi ilə bağlı qərar müayinələrdən sonra həkim tərəfindən qəbul olunur.

Aorta anevrizmasının icbari tibbi sığorta ilə müayinə və müalicəsi TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, göndəriş vərəqəsi əsasında isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.

Uzun müddət yüksək arterial təzyiq, qanda xolesterinin çox olması, ateroskleroz, sifilis, vərəm, şəkərli diabet,  genetik meyillilik, irsi xəstəliklər (Marfan və Ehlers-Danlos sindromu və birləşdirici toxumanın digər irsi xəstəlikləri), tütün məmulatlarının və narkotik vasitələrin istifadəsi, yaşlanma, yol nəqliyyat hadisələri və hündürlükdən düşmə nəticəsində döş qəfəsinin travmaları aorta anevrizmasının inkişafına səbəb ola biləcək əsas risk faktorlarına aid edilir.

Aortanın genişlənməsi uzun müddət simptomsuz inkişaf edə bilər. Bununla belə həyat üçün təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər. Aorta anevrizmasının ən təhlükəli ağırlaşması aortanın təbəqələrə ayrılması və cırılmasıdır. Həyati təhlükəli bu vəziyyət (aorta diseksiyası) təcili  hospitalizasiya və cərrahi müdaxilə tələb edir. Vaxtında müayinə və müalicə olunmadıqda aortanın diseksiyası qəfil ölümə səbəb ola bilər.

Əməliyyat sonrası bərpa prosesi aorta anevrizmasının növü, ölçüsü, lokalizasiyasına görə dəyişir. Açıq əməliyyatlardan sonra bərpa üçün ən azı 4-6 həftə arası vaxt tələb olunur. Xəstəxanada yatış müddəti pasiyentin vəziyyətindən, əməliyyatın mürəkkəbliyindən və ağırlaşmanın olub-olmamasından asılıdır. Adətən əməliyyatdan sonra pasiyentlər 1 həftə xəstəxanada həkim nəzarətində qalmalı olurlar. 

P.ƏMİRCANOV

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Fevral 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri