Icma.az
close
up
RU
AP nin Azərbaycana qarşı ikili standartları… Avraham

AP nin Azərbaycana qarşı ikili standartları… Avraham

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Avropa Parlamenti Azərbaycanın daxili hüquqi məsələlərinə qarışmağa cəhd etməzdən əvvəl öz köklü korrupsiya problemlərinin həllinə və ona münasibətdə zədələnmiş ictimai etimadın bərpasına diqqət yetirməlidir. Avropa Parlamentinin üzvləri eqoist siyasi oyunlar və ya maliyyə maraqlarını deyil, əsl həqiqət, ədalət və sülh arzusunu rəhbər tutmalıdırlar.

Axar.az xəbər verir ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış jurnalist, siyasi şərhçi Reyçel Avraham Kanadanın populyar “THEJ.CA” nəşrində dərc olunmuş məqaləsində yazıb.

“Azərbaycanın ədalət hüququ: Avropa Parlamentinin erməni məhbuslarla bağlı ikili standartları” başlıqlı məqalədə Azərbaycanın erməni məhbuslarını törətdikləri hərbi cinayətlərə görə mühakimə etdiyi bir vaxtda Avropa Parlamenti özünün korrupsiya qalmaqallarına və qərəzli müdaxilələrinə məhəl qoymadığı qeyd olunub. Əksinə, adıçəkilən qurumun Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı əsir düşmüş Ermənistan vətəndaşlarının həbsdə saxlanması ilə bağlı absurd müzakirələrə rəvac verdiyi yazılıb. Belə ki Avropa Parlamentindəki erməni lobbisi əndazəsiz şəkildə təhrif olunmuş versiyanı irəli sürərək bu məhbusları günahsız qurbanlar kimi qələmə verir. Halbuki bu şəxslər Azərbaycanda işgəncə, muzdlu fəaliyyət, hərbi cinayətlər, terrorizm əməlləri və terrorizmin maliyyələşdirilməsi – Azərbaycan cinayət məcəlləsinin əhatə etdiyi cinayətlər də daxil olmaqla ağır cinayət ittihamları ilə təqsirləndirilirlər.

Müəllif Avropa Parlamentinin bu yaxınlarda qəbul etdiyi "Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" başlıqlı qətnaməni ölkəmizin Qərb ictimaiyyətində reputasiyasını zədələmək niyyəti daşıyan kampaniyanın tərkib hissəsi saymaqla əsassız, qeyri-obyektiv və qərəzli sənəd kimi səciyyələndirib. Keçmiş təcrübəyə istinad edərək Avropa Parlamentinin Azərbaycana qarşı düşmən mövqeyindən təəccüblənmədiyini vurğulayan politoloq sözügedən addımı erməni maraqlarının Avropa təsisatları hesabına təmin edilməsinin növbəti nümunəsi kimi dəyərləndirib. O, oxşar tendensiyaların Avropa Şurası Parlament Assambleyası və Avropa İnsan Haqları Məhkəməsi də daxil olmaqla digər Avropa təsisatlarında da müşahidə olunduğuna diqqət çəkib.

Eyni zamanda diqqətə çatdırılıb ki, davam edən bu qərəzlilik Azərbaycanın mübarizə aparmalı olduğu ikili standartlardan yalnız biridir. Halbuki Azərbaycan hökuməti həm milli, həm də beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərdiyini dəfələrlə vurğulayıb. Yazıda bildirilib ki, ağır cinayətlərdə təqsirləndirilən şəxslərin Bakıda davam edən məhkəmə prosesi ölkəmizin daxili hüquqi məsələsidir və burada hər hansı kənar müdaxilə əsassız olmaqla qəbuledilməzdir.

İsrailin də vaxtaşırı Avropa Parlamentinin ədalətsiz davranışına tuş gəldiyinə diqqət çəkilən məqalədə qeyd olunub ki, Avropa Parlamentinin bəzi üzvlərinin Azərbaycana qarşı mənfur davranışları gələcək nəsillər qarşısında bu qurumun nüfuzuna kölgə salır. Hüquqa dayanan ədalətli yanaşma budur ki, Azərbaycan onun ərazisində cinayət törətmiş şəxsləri mühakimə etmək kimi suveren hüquqa sahibdir və Avropa xalqları Cənubi Qafqazda baş verənlərlə bağlı həqiqəti bilməyə layiqdirlər.

Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://axar.az
archiveBu xəbər 02 Aprel 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri