Icma.az
close
up
RU
Bakı bu təşkilatda ən dominant oyunçulardandır Avraham

Bakı bu təşkilatda ən dominant oyunçulardandır Avraham

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr arasında Azərbaycan digərlərindən seçilir. Əvvəla, heç bir şübhə yoxdur ki, Azərbaycan TDT-nin yaratmağa çalışdığı və formalaşmaqda olan ticarət dəhlizində həlledici mövqe tutmaqla yanaşı, Qazaxıstanla birlikdə Avropadan Asiyanın bir neçə mühüm regionuna əsas tranzit marşrutuna nəzarət edir və bu, onun rolunu əvəzsiz edir. Bu nəhəng bölgədə Azərbaycanın əməkdaşlığı olmadan hər hansı ticarət təşəbbüsü uğursuzluğa məhkumdur.

Axar.az xəbər verir ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının saytında dərc olunmuş “Budapeşt bəyannaməsi və Türk Dövlətləri Təşkilatı” başlıqlı məqaləsində yazıb.

TDT-nin fəaliyyətinə həsr olunan məqalədə diqqətə çatdırılıb ki, təşkilatın dünya liderlərinə, xüsusən də Avropa liderlərinə ünvanlanmış “Budapeşt Bəyannaməsi”ndə qlobal sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsində TDT-nin mühüm rolu vurğulanıb. Bəyannamə türk dövlətlərinin Avropanı Asiya ilə birləşdirən etibarlı nəqliyyat və kommunikasiya dəhlizi yaratmaq, bu yolda sülh və inkişafa töhfə vermək öhdəliyini bir daha təsdiqləyib. Sənəddə əsas mesaj beynəlxalq ixtilafların aradan qaldırılması və Avropadan Çinə qədər uzanan sabit və təhlükəsiz regionun qurulmasına çağırış olub.

Məqalə “Budapeşt bəyannaməsi”ndə türk xalqlarını təkcə ortaq keçmişlə deyil, həm də bu gün və gələcəyə ortaq baxışla birləşdirməyin dəyərini təsdiqləyən “Türk Dünyası Baxışı”nın əks olunduğuna diqqət çəkib. Sözügedən baxış irqçi ideologiyaların açıq şəkildə rəddi ilə yanaşı, multikulturalizmi ehtiva edən ortaq türk kimliyinə, tarixinə, mədəniyyətinə və adət-ənənələrinə əsaslanan əməkdaşlığın təşviqidir. “Türk dövləti” anlayışının bəyannamədə geniş şəkildə şərh olunduğunu qeyd edən müəllif Macarıstanın təşkilatda müşahidəçi statusunu bunun birbaşa təsdiqi kimi qələmə verib.

Həmçinin bildirilib ki, son bir neçə ildə Azərbaycan tədricən Avrasiya regionunda əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib. Ölkəmizin bu statusunu tanıyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan neftinin ixracının artırılmasında göstərilən maddi-texniki dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə açıq şəkildə təşəkkürünü ifadə edib. Habelə bütün türk dövlətləri arasında ən böyük sərmayədar olan Azərbaycan həm iqtisadi cəhətdən təşkilatın ən sabit üzvü, həm də hərbi potensial baxımından ən güclü dövlətlərindəndir.

Yazıda Azərbaycanın Türkiyə ilə yanaşı son on ildə faktiki hərbi əməliyyatlarda iştirak edən yeganə TDT üzvü olduğu diqqətə çatdırılıb. Ermənistanla münaqişənin ölkəmizin hərbi büdcəsinin artmasına və yüksək hazırlıqlı ordu formalaşdırmasına vəsilə olduğu vurğulanıb. Habelə Azərbaycanın qardaş ölkə adlandırdığı Türkiyə və müxtəlif sektorlarda əməkdaşlıq etdiyi Qazaxıstanla müstəsna sıx əlaqələrə malik olduğuna diqqət çəkilib. Politoloq bu amillərin birlikdə Azərbaycanı iqtisadiyyat, təhlükəsizlik və diplomatiya baxımından ən perspektivli TDT üzvü kimi səciyyələndirdiyini qeyd edib.

“Azərbaycan təşkilatda ən dominant və nüfuzlu oyunçulardan biridir”- deyə müəllif əlavə edib.

Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 İyun 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri