Icma.az
close
up
RU
APA da ən çox sevdiyim jurnalist elə ən çox danladığımdır Baş redaktor DANIŞIR

APA da ən çox sevdiyim jurnalist elə ən çox danladığımdır Baş redaktor DANIŞIR

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan mediasının son illərdəki inkişafında özünəməxsus izi olan APA informasiya agentliyi dünən 21 illik yolunu tamamladı. Ötən iki onillik ərzində APA təkcə xəbər istehsalçısı kimi deyil, həm də jurnalistikanın etibarlı ünvanı, peşəkar mühit və media məktəbi kimi formalaşıb. Bu ailənin bir parçası olan yüzlərlə jurnalist burada özünü tapıb, peşəsini sevib, böyüyüb və yetişib. 

Lent.az-ın müsahibi APA-nın baş redaktoru Fərid Mirzədir

- Fərid müəllim, APA-nın 21 yaşı oldu. İstərdim, birinci APA haqqında -ürək sözlərinizi deyəsiz.

- Bu 21 ilin 14-nü mən burada keçirmişəm. APA media qrupa daxil olan elə bir media qurumu yoxdur ki, orada işləməyim, yazım çıxmasın. APA media qurumdan başqa həm də bir ailə, səmimiyyət ortamıdır. Burada jurnalistlər özlərini tapa bilirlər. Mən də özümü APA-da realizə etmişəm. Sevinirəm ki, bu kollektivdəyəm, burada xeyli sayda dost qazanmışam. Düşünürəm ki, biz olsaq da, olmasaq da APA adı yaşayacaq. Jurnalistikada gəlib keçmiş jurnalistlər karyeralarında APA-nın adının olmasını vacib məqam kimi görürlər.

- Bu gün bir çox media qurumları xəbəri operativ verir, amma sonra bu yanlış çıxır. Bir növ dəqiqliyi operativliyə qurban verir. APA necə həm operativ, həm dəqiq ola bilir?

- Belə deyim, bu, işin ən incə tərəflərindən biridir. O qızıl ortanı saxlamaq lazımdır. Bu, artıq APA-nın dəsti-xəttidir. Doğrudur, operativ olmağa çalışırıq, amma bizim üçün birinci növbədə dəqiqlikdir. 

- Bundan əvvəl işlədiyim media orqanlarında da vacib bir xəbər olanda həmişə deyirdilər ki, APA bu xəbəri veribsə, doğrudur...

- 3 il əvvəl yüksək təyinatlı məmurlardan biri işdən azad olunmuşdu. İnternet televiziyalarından birində aparıcı dedi ki, APA yazıbsa, deməli, doğru xəbərdir. Elə olur, inandığım bir xəbəri verirəm, amma yenə də içimdə şübhə qalır ki, birdən... APA-nın bir dəsti-xətti var. Bizim üçün o dəsti-xətti qorumaq işin ən vacib tərəfidir. Çalışırıq ki, daha keyfiyyətli iş ortaya qoyaq.

- Bura hər girəndə qızğın iş getdiyini görürük. Müxbirlər, redaktorlarla münasibətinizi necə qurursuz?

- Sərt idarə üsulunun tərəfdarı deyiləm. Doğrudur, nizam-intizam, məsuliyyət yerində olmalıdır. Sui-istifadə halları olmamaq şərtilə mehriban kollektivik. Zarafatımız zarafat, işimiz iş, tələblərimiz də tələb səviyyəsindədir. Evdə uşaqdan, ata-anadan çox Nadiri, Mirmehdini, digər işçiləri görürəm.

Mən danışmağın tərəfdarı deyiləm. Ondan asan heç nə yoxdur. İşim danışmalıdır, mən yox. Ön sıralarda olmaq, gözə görünmək istəməmişəm. Bütün bunlar kollektiv əməyin nəticəsidir. Bura Vüsalə xanımın, Nurşən müəllimin yaratdığı bir agentlik olub, böyüyüb. 30, 40, 50 və sair illər davam edəcək. APA zamanla ayaqlaşır. Biz də yeni dövrün trendləri ilə uzlaşmağa çalışırıq. Köhnəni qoruyub saxlayanda istənilən effekti əldə etmək olmur.

- Baş redaktor kimi son qərarı vermək, ən çox məsuliyyət sizin üzərinizdədir...

- Təbii ki, həlledici anda son sözü mən deyirəm. Amma bizdə bir məsləhətləşmə də olur. İstər redaktorlar, istər müxbirlərlə. Öyrədərək öyrənirəm. Təkliflərə, iradlara açıq oluram. İş, komanda varsa, burada hamının səsi eşidilməli, yeri gəlsə, nəzərə alınmalıdır. Müxbir xəbəri yazır və o xəbər yayımlanırsa, artıq o xəbərin məsuliyyəti, rezonansı da baş redaktorla, agentliklə bağlı olur. APA elə bir yerdir ki, çıxan xəbərdə bir nöqtə, vergülün belə yerində olmaması gözə batır. 

- Xüsusi olaraq çox sevdiyiniz işçiniz kimdir?

- Emin Şirvanzadə. Ən çox onu danlayıram, ən çox da onu çox istəyirəm. Onu tənqid edə-edə çox istəməyə başladım.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Noyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri