APA ya üzv ölkələr arasında güzəştli ticarət əməkdaşlığının gücləndirilməsi təklif olunur
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Asiya Parlament Assambleyasına (APA) üzv ölkələr arasında güzəştli ticarət əməkdaşlığının gücləndirilməsi təklif olunur.
“Report” xəbər verir ki, bu təkliflə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf qurumun fevralın 19-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən 15-ci plenar sessiyasının açılış mərasimində çıxış edib.
Onun sözlərinə görə, həm regional, həm də beynəlxalq nizamla bağlı mürəkkəb çağırışlar var:
"Asiya bir çox insan svilizasiyalarının beşiyidir. Asiya nadir resurslara malik bir qitədir. Bu böyük ailənin üzvləri kimi hər birimiz sülhə, bərabərliyə və ədalətə dərindən sadiqik”.
Məhəmməd Baqir Qalibaf bildirib ki, regional münaqişələr, pandemiyalar, müstəmləkəçilik, narkotik vasitələrin dövriyyəsi dövlətlərin sərhədlərini aşaraq dünya üçün mənfi nəticələrə səbəb olur:
"Bu baxımdan dünyanın yeni çoxtərəflilik dövrünə ehtiyacı var. İran iqtisadi sinerjinin və ticarətin şaxələndirilməsinin tərəfdarıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 19 Fevral 2025 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















