Icma.az
close
up
RU
Appendiks düşünüldüyü kimi də “faydasız” orqan deyilmiş

Appendiks düşünüldüyü kimi də “faydasız” orqan deyilmiş

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 12 mart, AZƏRTAC

Uzun müddət appendiks rudiment, yəni insanın əcdadlarından qalan və artıq faydası olmayan həzm sisteminin qalığı hesab olunurdu. Lakin son araşdırmalar göstərir ki, bu orqanın təkamül tarixi daha mürəkkəbdir və o, immun sistemində və bağırsaq mikrobiomunun qorunmasında mühüm rol oynaya bilər. AZƏRTAC xəbər verir ki, bu barədə “The Conversation” portalı məlumat yayıb.

Appendiks yoğun bağırsağın başlanğıc hissəsindən çıxan kiçik bir çıxıntıdır. Onun forması və ölçüsü müxtəlif heyvan növlərində fərqlidir. İnsanlarda və insanabənzər meymunlarda appendiks uzun və silindrik formaya malikdir. Koala və vombat kimi bəzi məməlilərdə isə daha qısa olur və qıf formasını xatırladır. Bəzi gəmiricilərdə və dovşanlarda isə bu orqanın quruluşu daha da fərqlidir.

Müasir elmi məlumatlar göstərir ki, appendiks immun sisteminin fəaliyyətində iştirak edir. Onun divarlarında limfoid toxuma yerləşir. Bu toxuma immun hüceyrələrinin toplandığı sahədir və bağırsaqdakı mikrobların tərkibinə nəzarət etməyə kömək edir.

Bu sistem xüsusilə uşaqlıq və yeniyetməlik dövründə daha fəal işləyir. Məhz bu dövrdə immun sistemi formalaşır. Appendiksdəki limfoid strukturlar antitellərin yaranmasında iştirak edir. Bu maddə xəstəlik törədən mikroorqanizmləri zərərsizləşdirməyə kömək edir.

Alimlər həmçinin hesab edirlər ki, appendiks faydalı bağırsaq bakteriyaları üçün bir növ “sığınacaq” rolunu oynaya bilər. Bir fərziyyəyə görə, onun daxilində mikroorqanizmlərin sabit birlikləri – bioörtüklər formalaşır.

Ağır bağırsaq infeksiyaları zamanı bağırsaqdakı mikrobların böyük hissəsi məhv olur. Belə hallarda appendiksdə qalan bakteriyalar normal mikrofloranın yenidən bərpa olunmasına kömək edə bilər. Bu mikroorqanizmlər həzm prosesində iştirak edir, zərərli bakteriyaların artmasını zəiflədir və immun sistemi ilə qarşılıqlı əlaqədə olur.

Lakin son yüz ildə vəziyyət dəyişib. Təmiz su, yaxşı sanitariya şəraiti və antibiotiklərin istifadəsi bağırsaq infeksiyalarından ölüm hallarını kəskin azaldıb. Bu şəraitdə appendiksin təkamül üstünlükləri demək olar ki, əhəmiyyətini itirib, amma appendisit riski qalmaqda davam edir.

Buna görə də müasir tibdə appendiksin iltihabı adətən cərrahi əməliyyatla, onun çıxarılması ilə müalicə olunur. Bir vaxtlar təkamül baxımından faydalı ola bilən bu orqan indi daha çox tibbi problemlər yarada bilən potensial orqan kimi qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Mart 2026 05:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri