Icma.az
close
up
RU
Apple" "Siri"dən şikayət edən hər kəsə 20 dollar ödəyəcək

Apple" "Siri"dən şikayət edən hər kəsə 20 dollar ödəyəcək

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


"Apple" şirkəti məxfilik pozuntusu ilə bağlı ilkin razılaşmaya nail olub. İstifadəçilər səsli köməkçi "Siri"dən istifadə etdikləri hər cihaz üçün 20 dollara qədər kompensasiya ala bilərlər.

Bakupost.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Səsli köməkçilər, adətən, "Hey, Siri" kimi ifadələr vasitəsilə aktivləşdirilir. Lakin iddiaçılar bildiriblər ki, "Siri" onları gizlicə dinləyib və məlumatları ötürüb. Hətta müəyyən brendlərin və ya mövzuların təsadüfi xatırlanması sonradan hədəflənmiş reklamların göstərilməsinə səbəb olub.

Məsələn, iki iddiaçı "Air Jordan" idman ayaqqabıları və "Olive Garden" restoranları haqqında müzakirədən sonra bu məhsulların reklamlarını görməyə başladığını bildirib.

Başqa bir iddiaçı isə tam məxfi hesab etdiyi həkim söhbətindən sonra tibbi xarakterli hədəflənmiş reklamlar aldığını bildirib.

İddia 17 sentyabr 2014-cü ildən başlayaraq "Siri"də "Hey, Siri" funksiyasının tətbiq edildiyi 31 dekabr 2024-cü ilə qədər olan dövrü əhatə edir.

İlkin qiymətləndirmələrə görə, kollektiv iddianın 10 milyonlarla iştirakçısı var. Onlar "iPhone" və "Apple Watch" kimi "Siri" dəstəkli hər cihaz üçün 20 dollara qədər kompensasiya ala bilərlər.

"Apple" isə öz növbəsində hər hansı pozuntunu inkar edir, lakin gələcək məhkəmə çəkişmələrindən qaçmaq üçün sövdələşməyə razılıq verib.

"Apple" nümayəndələri və onların vəkilləri hələ ki şərh sorğularına cavab verməyiblər. İddiaçıların vəkilləri də şərh verməyiblər, lakin onların razılaşma fondundan qonorar kimi 28,5 milyon dollar və xərclərin ödənilməsi üçün 1,1 milyon dollar tələb edəcəkləri gözlənilir.

Qeyd edək ki, razılaşma üçün ayrılan 95 milyon dollar "Apple"ın cəmi doqquz saatlıq mənfəətinə bərabərdir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Yanvar 2025 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri