Icma.az
close
up
RU
Aprel döyüşlərindən başlanan zəfər yolçuluğu FOTO

Aprel döyüşlərindən başlanan zəfər yolçuluğu FOTO

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Vətənə sevdalanıb 44 günlük haqq savaşımızda adını Azərbaycanın yeni, şanlı səhifəsinə yazan qəhrəmanlardan biri də Saleh Nəriman oğlu Məcidzadədir. Həyatı dərk edən gündən doğma yurdunun daşına, torpağına ürəkdən bağlanan Salehin son damla qanına qədər yağıya qarşı döyüşüb canından keçməsi bu ilahi sevgidən irəli gəldi. Şərəfli ölümü ilə ölümsüzlüyə qovusan qəhrəmanımız indi aramızda olmasa da, qısa ömrü doğma Azərbaycanın hər qarışına sonsuz məhəbbət mücəssəməsinə dönərək ürəklərdə yaşayır. Adı xalqın dilində böyük qürurla, iftixarla səslənir.

Vətənin dar günündə harayına məqamında çatan, müharibənin ilk günündən ən ağır döyüşlərdə şücaət göstərən Saleh Məcidzadə 16 iyul 1994-cü ildə Biləsuvar rayonu, Nəsimikənd kəndində dünyaya göz açıb. Halal bir ailənin övladı olan bu ürəyi sevdalı oğlan xeyirxah əməllərə tapınmaqla xalqına, millətinə gərəkli boya-başa çatıb. Səmimiyyəti, saf əxlaqı, vətənpərvərliyi məktəb illərində ona hörmət qazandırıb. Yaratmağı, yaşatmağı özünə həyat prinsipi seçib. 15 yaşından universal idman növü ilə məşğul olmağa başlayıb. Ölkədə keçirilən qatıldığı bütün idman yarışlarının qalibləri cərgəsində olub. Qazandığı nailiyyətlə tanınıb, sevilib. Ordu idman növləri üzrə keçirilən yarışlarda yüksək nəticələr əldə edib. Qaldı ki, doğma yurdun düşmən tapdağında qalması onu heç cür rahat buraxmayıb. Buna görə də orduda xidmət etməyi daha üstün tutub. Əsgərliyə cəbhə bölgəsində başlayıb.

Vətənini göz bəbəyi kimi qoruyub, uğrunda canından, qanından hər an keçməyə hazır olub. Qısa zaman kəsiyində xidmət etdiyi hərbi hissənin ən sayılın əsgəri olub. Sonra Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qatılıb. Təlimlər zamanı yüksək döyüşçü keyfiyyətləri göstərib, gizir rütbəsinə yüksəlib. Müharibə meydanında yağının başını əzmək üçün əsl güc sahibi olaraq yetişib. Saleh bir yerdə xidmət edən əsgərlərə bildirib ki, artıq mən Vətən torpaqların azadlığı uğrunda şəhid olmağa belə hazıram, siz də hazır olun. Müqəddəs yurd yerimiz-Qarabağımızı nəyin bahasına olursa-olsun mənfur erməni dığalardan azad etmək hər bir gəncin borcudur.

Saleh Məcidzadə Aprel döyüşlərində Vətən torpaqların müdafiəsinə qalxıb. Mərdliklə vuruşub, yağıya qan qusdurub. Lələ təpəyə Azərbaycanın üçrəngli qələbə bayrağı sancılanda şanlı qələbəmizin lap yaxında olduğuna tam inanıb. İgid əsgər daha sonra Tovuzda düşmən diversiya qruplarının məhv etməsində xüsusi məharət göstərib və təltif edilib.

Qəlbində torpağa məhəbbət, düşmənə nifrət hissi günbəgün alovlanan Saleh Məcidzadə Vətən müharibəsinin ilk günündə qeyri-bərabər döyüşdə düşmənə ciddi itkilər verib. Qələbəyə olan inamı neçə-neçə ağır müharibə meydanından onu üzüağ çıxardıb. Döyüşdən-döyüşə bərkiyən, hər qarşı torpaq uğrunda rəşadətlə vuruşan qəhrəman Vətən oğlu 11 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən haqq savaşımızda şəhadətə qovuşub. Adı əbədi olaraq yaddaşlara köçən Saleh Məcidzadə ölümündən sonra “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı”, Cəbrayılın, Kəlbəcərin, Füzulinin azadlığına görə medallara və “Azərbaycan bayrağı” ordeninə layiq görülüb.

Bəli, torpaq şəhid qanı ilə Vətən olur. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımızda Saleh kimi qeyrətli oğullar bir daha bunu öz qanları bahasına sübut etdilər. Onun göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmaz..

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Aprel 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri