Apreldə Duty Free də Dubay şokoladının satışı 8 milyon dollar təşkil edib
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dubayda rüsumsuz ticarət mağazasında (Duty Free) aprel ayında məşhur Dubay şokoladının satışı 7,84 milyon dollar təşkil edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəbəkənin saytında məlumat verilib.
"Apreldə Dubay şokoladının satışları 7,84 milyon dollara çatıb ki, bu da gündə 274 min dollar deməkdir", - məlumatda qeyd olunub.
Ötən ay bütün məhsulların ümumi satış məbləği 195,4 milyon dollar təşkil edib.
Apreldə 14,97 milyon dollar xərcləyərək ən fəal alıcılar arasında ikinci yeri tutan rusiyalılar yalnız Hindistan vətəndaşlarından (19,76 milyon dollar) geri qalıblar. Növbəti pillələrdə Səudiyyə Ərəbistanı (14,03 milyon dollar), Çin (10,75 milyon dollar) və Böyük Britaniya (9,92 milyon dollar) vətəndaşları qərarlaşıb.
Alıcılar arasında ən çox ətriyyat, spirtli içkilər, tütün, qızıl və qənnadı məmulatları populyar olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 31 May 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















