Erkən evliliyin qarşısının alınmasında dinin önəmi var
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Məişət zorakılığına qarşı mübarizə yalnız hüquqi mexanizmlərlə məhdudlaşmamalı, problemin sosial və mənəvi səbəbləri də aradan qaldırılmalıdır.
Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfransda çıxışı zamanı deyib.
Komitə sədri bu sahədə mühüm qanunvericilik dəyişikliklərinin qəbul olunduğunu və institusional mexanizmlərin təkmilləşdirildiyini bildirib:
“Zərərçəkmiş şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsi, mühafizə orderlərinin tətbiqinin təkmilləşdirilməsi, yerli icra hakimiyyəti orqanlarında monitorinq və əlaqələndirmə qruplarının fəaliyyətinin gücləndirilməsi, eləcə də aidiyyəti qurumların birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Zorakılığa qarşı mübarizə təkcə hüquqi mexanizmlərlə məhdudlaşmamalıdır. Problemin sosial və mənəvi səbəblərinin araşdırılması və aradan qaldırılması üçün cəmiyyətin və aidiyyəti qurumların səyləri birləşdirilməli, hər bir insanın həyatı və ləyaqətli yaşamı naminə məsuliyyətli davranış formalaşdırılmalıdır”.
H.Hüseynova erkən evliliklərin yaratdığı problemlərə də diqqət çəkib:
“Erkən evlilik qızların təhsil, sağlamlıq, şəxsi inkişaf və gələcəklərini sərbəst müəyyənləşdirmək imkanlarını məhdudlaşdıran sosial bəladır. Hər bir qızın təhsil almaq, sağlam və təhlükəsiz mühitdə böyümək, öz gələcəyi ilə bağlı qərarların qəbulunda iştirak etmək hüququ var. Bu hüquq dövlət tərəfindən qorunmalıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 24 Noyabr 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















