Aptek işçisinin dərman seçiminə müdaxiləsinin hüquqi sərhədi haradadır?
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vətəndaşların səhhətində problem yaranan kimi bir sıra insanlar şikayətlərindən bəzən ixtisaslaşmış həkim əvəzinə əczaçıya müraciət edir. Nəticədə, əczaçılar hiss olunan simptomlara görə, bəzi dərmanları qəbul etməyi tövsiyə edirlər.
Bu sözləri SİA-ya “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

O bildirib ki, ixtisasca əczaçı olsalar da, bu səlahiyyət onlara xəstəni müalicə etmək hüququnu vermir:
“Dərman vasitələri haqqında Azərbaycan Respublikası Qanunun 14 cü maddəsinə deyilir ki, -“ Aptek təşkilatlarında xəstə qəbul etmək qadağandır. Yalnız həyat üçün təhlükəli olan hallarda aptek təşkilatlarına gətirilən şəxslərə ilk tibbi yardım göstərilə bilər.”
Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinə əsasən, vətəndaşlara göstərilən tibbi-sosial yardım dövlət təminatı altındadır. Vətəndaşların keyfiyyətli tibbi yardım almaq hüququna və bu hüququn qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsinə görə qanun və dövlət təminatı verilir.
Bu təminatla bağlı hüquqi və fiziki şəxslərin qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyəti müəyyən edilir.
Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunun 46-cı maddəsinə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir”.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli Əlavəyə əsasən
- Aptekdə çalışan provizor və əczaçılar xəstəliyin profilaktikası, sağlamlığın
möhkəmləndirilməsi məqsədilə müraciət edənlərə məsləhət verə bilərlər”.
Ayşən Vəli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 14 Oktyabr 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















