Icma.az
close
up
RU
Həkim dərman yazır, aptek dəyişir

Həkim dərman yazır, aptek dəyişir

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Əczaçılıq praktikası insanların sağlamlıq vəziyyətinə birbaşa təsir göstərən vacib sahələrdən biridir. Son illərdə dərman alışı zamanı müşahidə olunan hallar arasında əczaçıların müxtəlif alternativ dərmanlar təklif etməsi geniş yayılmışdır. Xüsusilə həkim tərəfindən yazılmış reseptlərə müdaxilə edilməsi, pasiyentin seçiminə təsir göstərilməsi və fərqli dərmanların təklif olunması bəzən ciddi tibbi və hüquqi nəticələrə səbəb ola bilər.

Mövzu ilə bağlı Missiya.Az-a danışan tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, ümumiyyətlə həkim reseptinə müdaxilə etmək heç kimin ixtiyarında deyil:

"Təəssüflər olsun ki, hazırda apteklər şəbəkəsi korporativ maraqların təsiri altına düşüb və bəzi firmaların dərmanları məqsədli şəkildə reklam olunur. Həkim tərəfindən yazılmış dərmanların guya aptekdə olmadığını bildirərək, əvəzində başqa preparatlar təklif olunması halları çoxalıb. Bu isə tamamilə yolverilməz hesab olunur, çünki həkimin yazdığı reseptə müdaxilədir".

Adil Qeybulla qeyd edib ki, əgər həkim konkret bir dərmanı təyin edibsə, xəstə həmin dərmanı başqa aptekdən əldə etməyə çalışmalıdır:

"Çünki həkim hər hansı dərmanı təyin etdiyi halda, onun məsuliyyətini də üzərinə götürür. Lakin dərman aptekdə dəyişdirilərsə və nəticədə istənilməyən hadisə baş verərsə, məsuliyyət yenə də həkimin üzərinə düşür. Bu da hüquqi baxımdan ciddi problem yarada bilər. Təəssüf ki, bəzi aptek şəbəkələrində xəstələr aldadılır və onlara həkim tərəfindən yazılmış preparatdan daha yaxşı olduğu iddia edilən yeni dərmanlar təqdim edilir. Bu yanaşma isə ümumi tibbi etik və hüquqi prinsiplərin pozulmasına gətirib çıxarır və neqativ bir tendensiya kimi cəmiyyətin sağlamlıq təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur".

Seyranə Quliyeva
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://missiya.az
archiveBu xəbər 22 Oktyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri