Icma.az
close
up
RU
Apteklərdə qiymət etiketləri yoxa çıxıb SƏBƏB

Apteklərdə qiymət etiketləri yoxa çıxıb SƏBƏB

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Dərman qiymətlərinin süni şəkildə artırılması ilə bağlı nəzarət tədbirləri davam etdiyi bir vaxtda Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin "Zeytun Pharmaceuticals" MMC barəsində protokol tərtib etməsi apteklərdə qiymət şəffaflığı məsələsini yenidən gündəmə gətirib.

Belə ki, şirkət “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.7. maddəsini pozub. "Zeytun Pharmaceuticals" MMC dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satıb. Bir müddət əvvəl əməkdaşımızın paytaxtdakı "Buta" apteklərindən birində apardığı müşahidə zamanı da dərman və digər məhsulların əksəriyyətinin üzərində qiymət etiketlərinin olmadığı müəyyən edilmişdi. Alıcılar bunun qiymətləri əvvəlcədən müqayisə etməyə imkan vermədiyini bildirərkən, aptek əməkdaşı qiymətlərin tez-tez dəyişdiyini və yoxlamalar zamanı uyğunsuzluq yaranmaması üçün etiket vurulmadığını söyləmişdi.

Bəs dərmanların təsdiq olunmuş qiymətdən baha satılması və qiymət etiketlərinin olmaması qanunvericilik baxımından hansı məsuliyyət yaradır? Əczaçının "qiymətlər tez-tez dəyişir" arqumenti qanuni əsas sayıla bilərmi?

Vəkil Ramil Süleymanov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Azərbaycan ərazisində dərman vasitələrinin qiymətləri ciddi şəkildə nəzarətdədir. Ölkəyə idxal olunan dərmanların qiymətləri birbaşa Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərə uyğun olaraq tənzimlənir. Vətəndaşların hüquqlarının qorunması və şəffaflığın təmin edilməsi məqsədilə, "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, hər bir dərman qutusunun üzərində onun qiyməti mütləq qeyd olunmalıdır. Bu qiymət qutunun üzərinə ya mətbəə qaydasında birbaşa vurulmalı, ya da xüsusi etiketlər vasitəsilə qeyd edilməlidir. Satış qiyməti Tarif Şurasının müəyyən etdiyi qiymətdən yuxarı ola bilməz”.

Vəkilin sözlərinə görə, bu qaydaları pozan şəxslər qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar: . Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin müəyyən edilmiş qiymətlərdən daha baha satılmasına görə inzibati tənbeh tədbirləri nəzərdə tutulur. Belə ki, bu qaydanı pozan vəzifəli şəxslər 1 000 manatdan 1 500 manata qədər, hüquqi şəxslər isə 3 000 manatdan 5 000 manata qədər məbləğdə cərimə oluna bilərlər”.

Dərman qiymətlərinin tənzimlənməsi ölkələrə görə fərqlənsə də, əksər dövlətlərdə əsas məqsəd istehlakçının qiymət manipulyasiyası ilə üzləşməsinin qarşısını almaqdır. Məsələn, Türkiyədə dərmanların qiymətləri dövlət tərəfindən müəyyən edilir və apteklər həmin qiymətlərdən kənara çıxa bilmirlər. Əczaçılar dərmanları rəsmi qiymətlə satmağa borcludurlar və qiymət pozuntuları inzibati məsuliyyət yaradır. Fransa və İtaliya kimi Avropa ölkələrində də reseptlə satılan dərmanların qiymətləri dövlət və ya sığorta sistemi ilə tənzimlənir. Apteklər müəyyən edilmiş tariflərə riayət etməli, istehlakçı isə məhsulun qiyməti barədə əvvəlcədən məlumat əldə edə bilməlidir. Almaniyada reseptlə satılan dərmanlar üçün vahid qiymət sistemi tətbiq olunur. Bu qayda ölkə üzrə bütün apteklərdə eyni dərmanın eyni qiymətə satılmasını təmin etməyə xidmət edir. Reseptsiz satılan bəzi preparatlarda isə qiymətlər sərbəst formalaşdırıla bilər.
ABŞ-da isə yanaşma fərqlidir. Burada dərmanların əksəriyyətinin qiyməti dövlət tərəfindən tənzimlənmir və istehsalçılar, distribütorlar, apteklər, eləcə də sığorta şirkətləri arasında formalaşır. Nəticədə eyni preparat müxtəlif aptek şəbəkələrində fərqli qiymətə təklif oluna bilər. Bununla belə, son illərdə reseptli dərmanların qiymətlərinin aşağı salınması və şəffaflığın artırılması istiqamətində bir sıra qanunvericilik dəyişiklikləri həyata keçirilir.

Ekspertlər qeyd edirlər ki, hansı model tətbiq olunmasından asılı olmayaraq, inkişaf etmiş ölkələrin əksəriyyətində dərman qiymətlərinin istehlakçı üçün açıq şəkildə göstərilməsi əsas prinsiplərdən biri hesab olunmalıdır. Bu, alıcının seçim etmək, qiymətləri müqayisə etmək və hüquqlarını müdafiə etmək imkanlarını artırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 İyul 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri