Icma.az
close
up
RU
AQEM ə üzv dövlətlərin məsul qurumları arasında əməkdaşlıq imkanları müzakirə olunub

AQEM ə üzv dövlətlərin məsul qurumları arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 21 noyabr, AZƏRTAC

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və AQEM Katibliyinin birgə təşkilatçılığı ilə “KOB-ların ticarətdə iştirakının gücləndirilməsi: e-ticarətin inkişafı ilə bazarlara çıxışın genişləndirilməsi” mövzusunda beynəlxalq vebinar keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, onlayn formatda təşkil olunan tədbirdə AQEM-ə üzv dövlətlərin müvafiq qurumlarının nümayəndələri iştirak ediblər.

Vebinarda Azərbaycan, İordaniya, Rusiya, Hindistan və Tailanddan olan qurumların təmsilçiləri təqdimatlarla çıxış ediblər. Təqdimatlarda Azərbaycanın investisiya imkanları, KOB-ların qlobal bazarlara çıxışında e-ticarət platformalarının rolu, KOB-ların xarici iqtisadi fəaliyyətini e-ticarət vasitəsilə genişləndirmək üçün mövcud alətlər, e-ticarət sahəsində təlim və dəstək mexanizmləri barədə məlumat verilib. Tailandın KOB-ların rəqəmsal transformasiyası ilə bağlı təcrübəsi nümunə kimi təqdim edilib. Müzakirələrdə, həmçinin rəqəmsal platformalar vasitəsilə transsərhəd ticarətdə KOB-ların iştirakının artırılması, logistika həllərinin təkmilləşdirilməsi, AQEM-ə üzv dövlətlərin məsul qurumları arasında təcrübə mübadiləsi və birgə təşəbbüslərin reallaşdırılması üçün əməkdaşlıq imkanlarına toxunulub.

Qeyd olunub ki, Azərbaycan 2024–2026-cı illər üzrə AQEM-ə sədrlik edir. AQEM yanında Biznes Şuraya Azərbaycan tərəfindən KOBİA rəhbərlik edir. Bu çərçivədə keçirilən vebinarlar KOB-ların regional ticarətdə iştirakının gücləndirilməsinə, üzv ölkələr arasında əməkdaşlıq və təcrübə mübadiləsinə xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri