AQEM in iştirakçıları ASAN xidmət də
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) üzv dövlətlərini təmsil edən tədqiqatçılar və gənc siyasət mütəxəssisləri "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Newscenter.az xəbər verir ki, səfər çərçivəsində qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzləri, eləcə də burada tətbiq olunan innovativ həllər və dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə olunan nəticələr barədə ətraflı təqdimat edilib.
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” proqramı çərçivəsində “Dünyanın ən qabaqcıl dövlət xidməti” nominasiyası üzrə xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu diqqətə çatdırılıb.
Qonaqlar həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD” publik hüquqi şəxsin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olublar.
Ruhiyyə Mehdiyeva
Baxış sayı:78
Bu xəbər 06 Oktyabr 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















