Icma.az
close
up
RU
AQEM məkanında qadın hüquqları

AQEM məkanında qadın hüquqları

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Aprelin 14-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın regional təhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələrin onun artan rolunu aydın şəkildə nümayiş etdirdiyini deyib. O bildirib ki, ölkəmizin AQEM-ə sədrliyi çərçivəsində qarşılıqlı etimadın gücləndirilməsi xüsusilə əhəmiyyətlidir. Çünki gender bərabərliyi, sosial inkişaf və qadınların səlahiyyətləndirilməsi artıq seçim deyil, zərurət kimi ön plana çıxır.

Komitə sədri qeyd edib ki, qadınların rəqəmsal iqtisadiyyata, xüsusilə süni intellekt sahəsinə cəlb olunmaları dayanıqlı inkişaf baxımından mühüm addımlardan biridir. Onların rəqəmsal mühitdə birbaşa iştirakı sosial dayanıqlılığın güclənməsinə töhfə verir.

“Azərbaycanda bu istiqamətdə həyata keçirilən fəaliyyətlər nümunəvi xarakter daşıyır. Qadınların dayanıqlı kənd təsərrüfatında və digər sahələrdə fəallığının artırılması, eyni zamanda, onların liderlik potensialının gücləndirilməsi və tətbiq olunan siyasətlərin səmərəliliyinin yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Həmçinin onların regional və beynəlxalq platformalarda fəal iştirakı dialoq üçün daha geniş imkanlar yaradır”, - deyə komitə sədri vurğulayıb.

Açılış mərasimində çıxış edən Leyla Əliyeva bildirib ki, bu gün qadınların fəal iştirakı cəmiyyətin inkişafında mühüm rol oynayırlar. Onlar uğurlu sahibkarlar, elm adamları, rəssamlar və liderlərdir.

Azərbaycanda qadınların rolunun daim yüksək qiymətləndirildiyini, onlara hörmətin mədəniyyətimizin və ənənələrimizin həmişə bir hissəsi olduğunu söyləyən L.Əliyeva deyib: “Bu gün bütün Azərbaycan üzrə qadınlar biznes qurur, ictimai təşəbbüslərə rəhbərlik edir və real təsir yaradırlar. Təkcə keçən il qadınlar Azərbaycanda məşğul əhalinin təxminən 50 faizini təşkil edirdi ki, bu da onların iqtisadiyyatımızda fəal və vacib rol oynadıqlarını göstərir”.

O qeyd edib ki, bu gün Azərbaycanın AQEM-ə sədrliyinin davamlı inkişaf və qərar qəbuletmədə qadınların səslərini fəal şəkildə dəstəklədiyini görmək çox xoşdur. “AQEM Qadınlar Şurasının yaradılması vacib bir təşəbbüsdür”, - deyən Leyla Əliyeva konstruktiv ideyaları əməllərə çevirməkdə bu platformaya uğurlar arzulayıb.

AQEM-in Baş katibi Kayrat Sarıbay isə beynəlxalq və regional təşkilatların qadınların səlahiyyətlərinin artırılması istiqamətindəki qlobal səylərdə mühüm tərəfdaşlar olduqlarını deyib. Baş katib diqqətə çatdırıb ki, onlar bu prosesdən kənarda qala bilməzlər. AQEM də daxil olmaqla, çoxtərəfli platformalar normaların formalaşmasına kömək edir, dialoqu asanlaşdırır və üzv dövlətlər arasında ən yaxşı təcrübələrin mübadiləsinə şərait yaradır.

Kayrat Sarıbay qeyd edib ki, etimadın gücləndirilməsi, iqtisadi artım və əməkdaşlığa yönələn AQEM Asiyada 28 üzv dövləti birləşdirir. Bu üzvlük dünya əhalisinin demək olar yarısını təşkil edən iqtisadi inkişaf, demoqrafik meyillər, mədəni dinamika və sosial strukturlar baxımından böyük bir müxtəlifliyi təmsil edir.

Konfransda, eyni zamanda, “UN Women” təşkilatının İcraçı direktoru Sima Sami Bahousun videomüraciəti təqdim edilib. Sima Sami Bahous diqqətə çatdırıb ki, AQEM Qadınlar Şurasının yaradılması yüksək qiymətləndirilməlidir. Bu mühüm təşəbbüs qadınların dayanıqlı inkişafın mərkəzində yer almaları istiqamətində atılan əhəmiyyətli addımdır.

Qeyd edək ki, konfrans çərçivəsində “Kiçik və orta biznesdə qadın sahibkarlığı: Süni intellekt və rəqəmsallaşmanın imkanları” və “Ətraf mühitin qorunması və dayanıqlılığın gücləndirilməsində qadın liderliyi” mövzuları müzakirə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Aprel 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri