AQİNFin baş katibi: “Valdimirin Türkiyədən yalnız qızıl medalla qayıdacağını gözləyirdik”
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Valdimirin Türkiyədən yalnız qızıl medalla qayıdacağını gözləyirdik.
Bunu “Report”a açıqlamasında Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova Türkiyənin İstanbul şəhərində keçirilən fiqurlu konkisürmə üzrə “Bosphorus Cup” yarışında ölkəmizi təmsil edən Vladimir Litvintsevin çıxışını dəyərləndirərkən deyib.
Federasiya rəsmisi idmançının səhhətində yaranan problemlərə baxmayaraq, hədəfinə çatdığını bildirib:
“Hədəfimiz birinci yer idi. Valdimirin Türkiyədən yalnız qızıl medalla qayıdacağını gözləyirdik. Qeyd edim ki, bu bir növ onun Avropa və dünya çempionatına hazırlıq məqsədi daşıyırdı. Onun yarışdan qalib ayrılması birmənalı olaraq tələbimiz idi. Səhhətində problemlər, soyuqdəymə olmasına baxmayaraq, istəyinə çatdı. Təbii ki, bəzi nüanslar var, onu təkmilləşdirəcək. Ümumilikdə yaxşı çıxış etdi və birinci oldu”.
Qeyd edək ki, V.Litvitsev “Bosphorus Cup”da qızıl medal qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 02 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















