Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Azərbaycan gəncləri arasında kütləviləşən NADANLIQ

Azərbaycan gəncləri arasında kütləviləşən NADANLIQ

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstanbula gəlmişkən dostlarla axşamüstü görüşüb çay içmək üçün yaxındakı çay-qəhvə məkanına girdik. Bu məkanın əsas binaya artırma hissəsinin üstünü qapalı göstərmək üçün komuflyaj edərək rahat siqaret və qəlyan çəkməyə uyğunlaşdırmışdılar. Təmiz havalı yer tapa bilmədiyimizə görə vaxtımızın qiymətli olduğunu düşünərək başqa məkan axtarışına çıxmadıq. Hamısı mənim kimi siqaret və qəlyan görəndə yüz addım uzağa qaçan dostlarla boş bir yer tapıb çay sifarişimizi verdik. Oturan kimi ətrafa diqqət etdim. Ətraf masalarda əsasən gənc oğlan və qızlar oturub çay və yaxud qəhvə içir, söhbətləşir... və əksəriyyəti siqaretı damağında tüstülədirdi. İstisna olaraq siqaret çəkməyən oğlanlar gözə çarpsa da, demək olar ki, bütün qızların ya damağında siqareti, ya da qarşısında siqaret qutusunu görə bilirdim.
Dostlarım söylədi ki, bu mənzərə Bakıda da xeyli yayğınlaşımış. Bu səviyyədə olmasa da, ancaq adiləşdiyini söyləmək mümkündür. Doğrudur, mən Bakıda kafe, çayxana və bar məkanlarına baş çəkmədiyimə görə bu barədə təsəvvürlərim sadəcə çevrəmdəki insanların söylədiklərindən qaynaqlanır. Gənc qızlar arasında gecə həyatı, əxlaqsızlığın narahatedici səviyyədə yayğınlaşması barədə xeyli məlumatları da qulaqardı etməzsək, durumun ciddiliyi barədə düşünməyimiz hər halda əsassız olmazdı. Hələ ki İstanbulda olduğum qısa bir müddətdə hər yerdə yayğınlaşan bu siqaret bəlasına qarşı cəmiyyətin ictimai qınaq və ya sərt mübarizə apardığından danışmaq mümkün deyil. Dərhal bu siqaret aludəçisi olan yetkinlik yaşına çatmamış lisey öyrənciləri və ya ali məktəb tələbələrini bir ana obrazında təsəvvür etməyə çalışırsan və dəhşətə gəlirsən: bu öz dünyaya gətirəcəyə körpənin sağlamlığını heçmi düşünmür? Evə dönüşündə siqaret qoxusunu atası, anası, qardaşı necə olur ki, hiss etmir? Hiss edirsə, niyə bu pis vərdişi önləməyə çalışmırlar?
Hələ narkotik bəlasını mövzuya qatmaq istəməsəm də, son vaxtlar Türkiyədə bu şəbəkəyə qarşı başlayan total dövlət tədbirlərini məmnuniyyətlə qarşıladığımı açıqca duyururam. Həm də işi imtiyazlı təbəqələr, tanınmış şəxslər üzərindən aparmaları olduqca diqqətçəkici məqamdır.
Çox istərdim ki, Azərbaycanda da qanunvericiliyin sərt üzü narkotik aludəcisi olan, onun satış şəbəkəsində yer alan tanınmış şəxslərə doğru yönəlsin. Cəmiyyət görsün ki, bu rəzil yaşamı sürdürən kimlər varsa, onlara da güzəştə gedilmir. İnanın ki, bu adamların ifşası potensial narkotik aludəçisi ola biləcək xeyli insan üçün “Dur!” siqnalı mahiyyətində ola bilər. Tanınmışlar deyəndə, yanlız orada-burada tez-tez adları hallanan sənət sahəsində olanlardan, yaxud idmançılardan söhbət getmir, elə siyasətçi, dövlət məmuru, iş adamı kateqoriyasından olan hər kəsdən gedir. Müvafiq qurumların əlində yetərincə dəqiq bilgilər mövcuddur, sadəcə bu prosesə ümummili xilas məsələsi kimi yanaşılarsa, ciddi nəticələr əldə etmək mümkündür.

Dönürəm yenə də siqaret məsələsinə. Türkiyədə qızlar arasında fəlakətli səviyyədə yayğınlaşan siqaret aludəçiliyi ailə faciələrinə səbəb olacaq mahiyyətdədir və məni hədsiz narahat etdi. Əslində bu, ictimai nadanlığın formalarından biridir. Eyni nadanlığı Azərbaycanda gənclər arasında getdikcə kütləviləşən tatunun (döymənin), burun, dodaq deşdirib sırğa taxmağın modaya çevrilməsində də görə bilirik. Bu sırğasevərlərə sırğanın təyinat yerini kimsə evdə və ya məktəbdə doğrudanmı anlada bilməyib?
Şükürlər olsun ki, bir deputat olaraq qanunvericilik təşəbbüsü qaydasında elektron siqaretin qadağan olunması baqədə təşəbbüsüm Milli Məclisdə dəstəkləndi və artıq aprel ayının 1-dən qanun qüvvəyə minəcək. Əlbəttə, işləyib-işləməməsi cəmiyyətin ictimai qınağından asılı məsələdir və insan sağlamlığına yönəlik biganəliyin addımbaşı müşahidə etdiyimdən, elə də ümidli deyiləm. Bəs neçə illərdir qapalı yerlərdə istifadəsini məhdudlaşdırdığımız siqaretlə, qəlyanla bağlı nə edək? Hələ də məktəblərin belə qarşısından yığışdıra bilmədiyimiz bu məkanlardan pul qazananlar öz övladlarını göz önünə gətirib nəsə düşünə bilirlərmi? Xüsusilə gənc qızları, daha doğrusu sabahın anası olacaq Azərbaycan qızlarını siqaret aludəçiliyindən, qəlyan aludəçiliyindən necə xilas edək? Yolunu bilirsinizsə, təkliflərinizi deyin, yazın, fikirlərinizi bölüşün. Mən bu məsələyə böyük fəlakət kimi baxıram, ancaq özüm də konkret çözüm yolunu bilmədiyimi etiraf edirəm.

Hələ ki, elektronlu-elektronsuz siqaretimiz yana-yana gedir... İrəlidə isə nəsillərimizi də yandıracaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Yanvar 2026 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see318

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see299

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see291

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see284

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see274

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see266

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see259

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see259

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see252

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see251

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see246

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see237

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see233

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see231

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see227

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see218

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see212

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see208

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri