Icma.az
close
up
RU
AQP: İyulda avtomobillər 5 % ucuzlaşıb

AQP: İyulda avtomobillər 5 % ucuzlaşıb

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Bu ilin iyul ayında Azərbaycan avtomobil bazarında elan qiymətlərinin medianı 17 min manat təşkil edib.

Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) verilən məlumata görə, iyun ayı ilə müqayisədə 900 manat və ya 5 % azalma qeydə alınsa da, AQP avtomobil qiymət indeksinin təhlili bu dəyişikliklərin əsasən bazarın təklif strukturunun yenilənməsi ilə bağlı olduğunu göstərir.

AQP-nin dəyişən struktur üzrə hesablanan indeksi iyulda 98,3, iyunda isə 103,5 səviyyəsində olub. Lakin marka və modellərin bazardakı çəkisi sabit saxlanıldıqda indeks 103,1, eyni model və buraxılış ili üzrə müqayisədə isə 103,3 təşkil edib. Bu nəticə real qiymət dəyişməsinin cəmi 0,2-0,4 % intervalında olduğunu göstərir. Beləliklə, iyul ayında avtomobillərin kütləvi ucuzlaşması müşahidə edilməyib.

Təhlilə əsasən, iyulda ümumi təklifdə aşağı və orta qiymətli, nisbətən köhnə avtomobillərin payı artıb, bahalı və premium avtomobillərin payı isə azalıb. Məhz bu struktur dəyişikliyi xam median qiyməti aşağı çəkib. Sabit struktur üzrə hesablamalar isə bazarda qiymətlərin əsasən dəyişməz qaldığını göstərir.

AQP-nin iyul ayı üzrə hedonik qiymət modeli 25 mindən artıq müşahidə və bazarda ən aktiv 120 marka-model əsasında qurulub. Model avtomobilin yaşı, yürüşü, marka və modeli, mühərrik göstəriciləri, transmissiyası, ötürücü sistemi, ban növü və texniki vəziyyəti kimi amillərin qiymətə təsirini ayrıca qiymətləndirib. Modelin izahetmə qabiliyyəti 93,3 % təşkil edib.

Hesablamalara görə, avtomobilin qiymətinə ən güclü davamlı təsir edən amil istismar müddətidir. Əlavə hər bir istismar ili avtomobilin bazar qiymətini orta hesabla 6,1 % azaldır. Yürüşün ayrıca təsiri isə daha zəifdir: hər əlavə min kilometr qiyməti orta hesabla 0,0256 % aşağı salır. Bu göstərici 50 min kilometr üçün təxminən 1,27 % təşkil edir.

Transmissiya növü də qiymət fərqinin formalaşmasında rol oynayır. Digər xüsusiyyətləri eyni olan avtomobillərdə mexaniki transmissiya avtomat transmissiya ilə müqayisədə orta hesabla 6,3 % aşağı qiymətləndirilir.

Qəza tarixçəsi avtomobilin bazar dəyərinə əhəmiyyətli təsir göstərən digər amildir. İyul ayı üzrə hedonik hesablamalara əsasən, təmir edilmiş qəza tarixçəli avtomobildə qalıq əmtəə dəyəri itkisi təxminən 5,2 %-dir. Təmir olunmamış zədəli avtomobillərdə ümumi bazar zərəri isə təxminən 21 % qiymətləndirilir. Bunun 15,8 %-nin təmir xərci ekvivalenti, 5,2 %-nin isə təmirdən sonra qalan dəyər itkisi olduğu hesablanır.

Məsələn, qəzasız bazar dəyəri 25 min manat olan avtomobildə təmir olunmamış zədənin bazar təsiri təxminən 5,2 min manat ola bilər. Lakin bu rəqəm servis smetası deyil və konkret zərərin müəyyənləşdirilməsi üçün zədələnmiş detallar, ehtiyat hissələri, işçilik və ekspert qiymətləndirməsi nəzərə alınmalıdır.

Ümumilikdə, iyul ayında Azərbaycan avtomobil bazarında müşahidə olunan 5 %-lik median azalması real bazar ucuzlaşmasından daha çox təklif strukturunun dəyişməsi ilə izah olunur. Eyni model və buraxılış ili üzrə qiymətlərin cəmi 0,2 %, sabit model çəkiləri üzrə isə 0,4 % azalması bazarda kəskin qiymət enməsinin olmadığını təsdiqləyir.

Xatırladaq ki, AQP hər ay daşınmaz əmlak, avtomobil və tikinti indekslərini açıqlayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://banco.az
archiveBu xəbər 17 Avqust 2026 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri