Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı genişləndirilib
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Kənd Təsərrüfatı Nazirliyi Kollegiyası "Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı"nda dəyişiklik edilib.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb.
Qərara əsasən, bağçılıqda istifadə olunan çiçək seyrəldən texnika, eləcə də ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslərin təsərrüfatlarında tətbiq olunan müasir suvarma sistemlərinin elektrik enerjisi ilə təmin edilməsi məqsədilə quraşdırılan günəş panelləri və arı yemi istehsal edən texnoloji avadanlıq aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısına əlavə edilib.
Bundan başqa, heyvandarlıqda və quşçuluqda istifadə olunan texnika, maşın, avadanlıq, aqreqat və qurğularına tətbiq edilən güzəştlərə dəyişiklik edilib. Belə ki, dəyişikliklə quş əti istehsalı üçün avadanlıq dəstinə deyil, ətlik diri quş yetişdirilməsi üçün avadanlıq dəstinə güzəşt tətbiq ediləcək.
Nazirliyin Hüquq və icra intizamı şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 29 Sentyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















