Icma.az
close
up
RU
Aqrar sektor 2 faizdən çox böyüyüb

Aqrar sektor 2 faizdən çox böyüyüb

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda aqrar sahənin potensialından səmərəli istifadə olunması, kənd təsərrüfatının inkişafının diqqətdə saxlanılması, bu sahədə fəaliyyətin təşviq edilməsi məqsədilə çoxşaxəli dəstək tədbirləri həyata keçirilir. Bu baxımdan iqtisadiyyatın mühüm sahələrindən sayılan kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorun inkişafını ləngidən problemlərin həllinə sistemli və kompleks yanaşılması, dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə olunması istiqamətində reallaşdırılan layihələr diqqət çəkir.

Dövlətin bu sahədə həyata keçirdiyi ünvanlı, konkret hədəflərə yönələn stimullaşdırıcı layihələri aqrar sektorda təşəbbüskarlığa geniş meydan açıb. Məhz bunun nəticəsidir ki, hazırda iri biznes qruplarının, eləcə də kiçik və orta sahibkarların kənd təsərrüfatı sektorunda xüsusi fəallığı müşahidə olunur.

Azərbaycan əhalisinin, təqribən, yarısının yaşadığı regionlarda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən istənilən tədbir yerlərdə məşğulluğun təminatına mühüm töhfə verir. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirən fermerlər daxili bazarda məhsul bolluğuna şərait yaratmaqla yanaşı, ölkənin ixrac potensialının artırılmasında da yaxından iştirak edirlər. Bu da respublikada bitkiçilk və heyvandarlıq məhsullarının istehsalına, ümumi ixracda kənd təsərrüfatı mallarının payının artmasına səbəb olur.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, həyata keçirilən dəstək tədbirlərinin nəticəsidir ki,bu ilin yanvar-fevral aylarında ölkədə kənd təsərrüfatı məhsulları istehsalının ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox – 1 milyard 61,9 milyon manat təşkil edib. Bunun 94,7 faizi heyvandarlığın, 5,3 faizi isə bitkiçiliyin payına düşüb. Həmin dövrdə kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ümumi daxili məhsulda payı 2,9 faiz olub.

Ötən il isə Azərbaycanda 12 milyard 995 milyon manat (2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 1,5 faiz çox) dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Son bir ildə ölkədə istehsal edilən bitkiçilik məhsullarının dəyəri 1,1 faiz artaraq 6 milyard 162 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,7 faiz artaraq 6 milyard 833 milyon manat olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 01:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri