Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Aqrar sektorun problemləri üzrə AQEM konfransı keçirilib

Aqrar sektorun problemləri üzrə AQEM konfransı keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) tərəfindən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2025-ci il üçün Etimad Tədbirləri Planına uyğun olaraq "Aqrar sektor problemləri üzrə AQEM konfransı: sübutlara əsaslanan idarəetmə üçün Ümumi və Hissəvi Tarazlıq Modellərindən istifadə" adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, onlayn formatda keçirilən tədbirdə AQEM-ə üzv dövlətlərin nümayəndələri, həmçinin aqrar sahədə alimlər və tədqiqatçılar iştirak ediblər.

Tədbirdə Aqrar Tədqiqatlar Mərkəzinin direktorunun müşaviri Pərviz Əliyev bildirib ki, kənd təsərrüfatı sistemləri bütün dünyada bazar dəyişkənliklərindən və ticarət əlaqələrindəki qırılmalardan tutmuş iqlim dəyişikliklərinə və resurs məhdudiyyətlərinə qədər bir çox çətinliklərlə üzləşir. Bu səbəbdən sübutlara əsaslanan siyasətlərin hazırlanması kənd təsərrüfatı sektorunda ərzaq təhlükəsizliyi, resursların səmərəli bölgüsü və davamlı böyümənin təmin edilməsi üçün çox vacibdir. Azərbaycanın kənd təsərrüfatı sahəsində görülən işlər, ATM-in fəaliyyəti, yaradılan məlumat bazaları, o cümlədən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Sistemi, Fermer Təsərrüfatı Məlumatlarının Monitorinqi Sistemi barədə də məlumat verib.

AQEM-in Baş katibinin müavini Fərid Dəmirli bu təşəbbüsün AQEM-in iqtisadi meyarlarına uyğun olduğunu, regional potensialı gücləndirdiyini, məlumat mübadiləsini təşviq etdiyini və kənd təsərrüfatının dayanıqlı inkişafını dəstəklədiyini bildirib. Bununla yanaşı, tədbirin ölkələrarası əməkdaşlığın təşviq edilməsinə, "Aclığa son" dayanıqlı inkişaf məqsədinə nail olunmasına, eləcə də ərzaq təhlükəsizliyi problemi və iqlim riskləri ilə birgə mübarizəyə töhfə verdiyini qeyd edib.

Tədbirdə İsrail və Banqladeşdən olan mütəxəssislər və ekspertlər bitki zərərvericiləri və onlara qarşı müasir mübarizə tədbirləri, pambıqçılığın kənd yerlərinin inkişafına təsiri, aqrar sahədə potensialın gücləndirilməsi, inteqrasiya və kənd təsərrüfatı transformasiyası istiqamətində əməkdaşlıq mövzularında təqdimatlarla çıxış ediblər.

Aqrar Tədqiqatlar Mərkəzinin direktorunun müşaviri Pərviz Əliyev isə “GTAP modeli vasitəsilə ərzaq təhlükəsizliyinin qiymətləndirilməsi: cari trendlər və optimal siyasət ssenariləri” mövzusunda təqdimatla çıxış edib. O, Qlobal Ticarət Təhlili - GTAP modelinin əsas xüsusiyyətləri, komponentləri və tətbiq sahələri barədə danışıb, bu modeldən istifadə etməklə buğdanın idxalının rüsumla tənzimlənməsi ssenarisi üzrə apardığı simulyasiyanın nəticələri barədə məlumat verib.

Çıxışlardan sonra qoyulan məsələlər ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see484

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see455

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see332

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see329

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see263

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see246

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see245

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see237

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see229

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see224

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see223

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see218

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see212

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see210

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see207

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see204

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see195

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see182

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see174

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri