Aqşin Fateh: Əsl Azərbaycan kişisi xanımının şəklini internetdə paylaşmaz VİDEO
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Meyxanaçı Aqşin Fateh şou-biznesdə qalmaqala səbəb olacaq açıqlama verib.BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, meyxanaçı bildirib ki, həyat yoldaşının şəklini sosial şəbəkədə paylaşmaq Azərbaycan kişisinə uyğun xüsusiyyət deyil:“Şəxsi həyatımda gizli saxlanacaq işim yoxdur. Sadəcə, evimin içini göstərmək istəmirəm. Hansı kişi evində baş verənləri çöldə danışar? Mənim 2 qız və 2 oğul övladım var. Oğlanlarımla şəkillərimi paylaşıram. Sadəcə, qadın xeylağı elədir ki, Azərbaycan kişisi onu qorumalıdır. Məşhur adamların ailə üzvləri tanınanda, cəmiyyətdə onlara diqqət olur. Xanımı və qızlarımı niyə sosial şəbəkədə paylaşım ki? Bu, Azərbaycan kişilərində olmayıb axı.Çıxarıb millətin qabağında xanımını göstərsin... Şou aləmində elə insanlar var ki, ailə fotolarını paylaşırlar. Bu da onların öz işləridir. Onlara nəsə deyə bilmərəm. Sadəcə, mən böyüklərimdən, həm də islamı baxımdan, dədə-babalarımdan kişi xarakteri olaraq özümə örnək götürmüşəm. Bu da mənim seçimimdir. Başqasının işinə qarışa bilmərəm. Hər zaman çalışıram ki, şəxsi həyatımı cəmiyyətdən gizli saxlayım”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Bu mövzuda digər xəbərlər:Pezeşkian mərhum xanımının şəklini görüb AĞLADI
18 Dekabr 2024 15:05
Aqşin Fateh Nəfəsi başqasına DƏYİŞDİ
06 May 2025 23:31
Aqşin Fateh sənətdən gedəcəyini açıqladı
28 İyun 2025 02:38
Aqşin Fateh: “Susan adamın içindəki fəryad…”
05 Avqust 2025 10:44
Azərbaycan qadını əsl Azərbaycan kişisi Araz Hüseynov yazır
16 Sentyabr 2025 15:18
Baxış sayı:71
Bu xəbər 29 Aprel 2025 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















