Aqşin Yenisey Fərhad Yalquzağın ölümündən yazdı: İntiharın səbəbi eqoizmdir
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şair Aqşin Yenisey dünən gecə saatlarında intihar edən rəssam Fərhad Yalquzaq haqqında paylaşım edib.
Bakupost.az xəbər verir ki, paylaşımda şair Fərhad Yalquzağın intiharını özünəməxsus şəkildə şərh edib.
Həmin paylaşımı təqdim edirik:
"Daha bir dostumuz cavan yaşında passiv intiharın qurbanı olub.
Bu, artıq qarşılaşdığım neçənci belə hadisədir.
Cavan yaşda xəstəliksiz ölüm xarakterlə bağlıdır. Bəzi insanlar başlarına gələn uğursuzluqlardan əhvalatları olsun deyə özlərinə tale düzəltməyi sevirlər və bunu həyat zənn edirlər.
Həyat və tale eyni şey deyil. Tale insanın özünü qurban rolunda gördüyü həyat seçimidir.
Qurban roluna girdinsə, özünü öldürəcəksən. Çünki qurban özünü fəda etməlidir.
İnsanlıq eyni uğurları və uğursuzluqları yaşayır. Fərqli uğur və uğursuzluq deyə bir şey yoxdur.
Yəni sən heç nəyinlə tək deyilsən bu həyatda, bütün dünya sənlə doludur.
Özünü milyonlarla oxşarından ayırmaq eqoistlikdir. İntiharın 800-ə yaxın səbəbinin arasında ən birincisi eqoist intihardır. Bunu mən yox, intiharşünas Dürkheym deyir.
Milyonlarla insanın yaşadığı uğursuzluğa düçar olduqda onu şəxsiləşdirmək də eqoizmdir.
Həyatın sənin qarşına çıxardığı bütün pislikləri, murdarlıqları özünə yaraşdırmalısan. Yaraşdırmırsansa eqoistsən. Eqon bu murdarlıqdan sənə tale düzəldəcək və tale də səni qurban roluna soxacaq.
Və əlvida həyat!"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 18 İyun 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















