AQTA da uşaqlar üçün əyləncəli və maarifləndirici gün
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 18 noyabr, AZƏRTAC
İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) təşəbbüsü ilə oktyabrın 20-dən noyabrın 20-dək elan olunan “Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) tədbir keçirilib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Ombudsman Aparatının Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı bildirib ki, uşaq hüquqlarının qorunması Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, ölkəmizdə hər bir uşağın hüquqlarının qorunması, sağlam və təhlükəsiz mühitdə böyüməsi üçün kompleks işlər həyata keçirilir. Uşaqların rifahı, təhsili, sağlamlığı və təhlükəsiz gələcəyi daim diqqət mərkəzində olmalıdır. Bütün bunlar uşaqların hüquqlarının etibarlı müdafiəsinə və onların layiqli həyat şəraitinin təmin olunmasına xidmət edir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti, həkim-diyetoloq Tutu Zeynalova uşaqların sağlam qidalanmasının əhəmiyyətindən danışıb, bu sahədə diqqət yetirilməli əsas məqamları diqqətə çatdırıb. O, uşaqlarla interaktiv söhbət apararaq sağlam qidalanma vərdişlərinin formalaşdırılmasının vacibliyini vurğulayıb və onları bu istiqamətdə maarifləndirib.
Tədbir çərçivəsində uşaq yazarı Mehriban Nağıyevanın müəllifi olduğu “Əsmərin sehrli zənbili” nağılı əsasında hazırlanan animasiya filmi nümayiş etdirilib.
İştirakçılar uşaqların sağlam qidalanma mövzusunda çəkdikləri rəsmlərlə tanış olublar. Sonda tədbirdə iştirak edən uşaqlara sertifikat və hədiyyələr təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 18 Noyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















