Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Ən çox qazanan televiziya aktyorları...

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Elektrikli avtomobil hər kəs üçün sərfəlidir? Mütəxəssisdən AÇIQLAMA

Elektrikli avtomobil hər kəs üçün sərfəlidir? Mütəxəssisdən AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Elektrikli avtomobillərin ənənəvi benzin və dizel mühərrikli avtomobillərlə müqayisədə nə dərəcədə sərfəli olması bu gün avtomobil bazarında ən çox müzakirə olunan məsələlərdən biridir. Mən hesab edirəm ki, elektrikli avtomobil alarkən ilk növbədə onun müasir texnologiyalarla təchiz olunmasına, səssiz işləməsinə və ya sürətli hərəkət etməsinə deyil, gündəlik istifadə zamanı sahibinə nə qədər iqtisadi üstünlük qazandıracağına diqqət yetirilməlidir".

Bu barədə Redaktor.az-a elektrikli avtomobillərin sərfəliliyi ilə bağlı danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirdi.

Onun fikrincə, elektrikli avtomobili aşağı enerji sərfiyyatı və gündəlik istismar xərclərinə qənaət imkanlarına görə seçmək olar:

"Ancaq burada çox vacib bir məqam var: elektrikli avtomobilin az enerji sərf etməsi onun bütün hallarda benzinlə işləyən avtomobildən daha sərfəli olması demək deyil. Biz avtomobilin yalnız bir kilometrə sərf etdiyi enerjinin qiymətini deyil, onun alınmasına xərclənən vəsaiti, texniki xidmətini, ehtiyat hissələrinin qiymətini, akkumulyatorun vəziyyətini, sığorta xərclərini və gələcəkdə ikinci əl bazarında nə qədər dəyər itirəcəyini də nəzərə almalıyıq. Məsələn, benzinlə işləyən avtomobil 100 kilometr məsafəyə orta hesabla 8 litr yanacaq sərf edirsə və benzinin bir litri şərti olaraq 1,20 manat götürülürsə, həmin məsafənin yanacaq xərci 9 manat 60 qəpik təşkil edir. Elektrikli avtomobil isə 100 kilometrə orta hesabla 16 kilovat-saat elektrik enerjisi sərf edirsə, bir kilovat-saatın qiymətini şərti olaraq 15 qəpik götürdükdə xərc 2 manat 40 qəpik olur. Bu, sadələşdirilmiş hesablamadır və real nəticə elektrik tarifindən, şarj zamanı yaranan enerji itkilərindən, hava şəraitindən, avtomobilin modelindən və idarəetmə tərzindən asılı olaraq dəyişir. Amma bu müqayisə göstərir ki, elektrikli avtomobilin ən böyük üstünlüklərindən biri hərəkət üçün tələb olunan enerjinin daha aşağı qiymətə başa gəlməsi ola bilər".

Ekspert elektrikli avtomobillərin texniki xidmət xərclərinə də toxundu. O bildirdi ki, bu nəqliyyat vasitələrinin mühərrik quruluşunun daha sadə olması müəyyən üstünlüklər yaradır:

"Xüsusilə gündəlik 80–100 kilometr və daha artıq məsafə qət edən sürücülər üçün bu fərq ayın və ilin sonunda ciddi məbləğə çevrilə bilər. Digər tərəfdən, elektrik mühərrikinin quruluşu daxiliyanma mühərriki ilə müqayisədə daha sadədir. Burada mühərrik yağının mütəmadi dəyişdirilməsinə, alışdırma şamlarına, klassik yanacaq sisteminə və bir çox digər mexaniki hissələrə ehtiyac olmur. Bu da müəyyən texniki xidmət xərclərini azaldır. Lakin elektrikli avtomobilin ümumiyyətlə texniki xidmət tələb etmədiyini düşünmək düzgün deyil. Onun da əyləc sistemi, asqı hissələri, təkərləri, soyutma sistemi, elektron idarəetmə qurğuları və yüksək gərginlikli elektrik avadanlıqları var. Xüsusilə akkumulyator batareyasının vəziyyəti avtomobilin gələcək istismar xərclərinə və bazar qiymətinə birbaşa təsir göstərir".

Müsahibimiz elektrikli avtomobil almaq istəyənlərin şarj imkanlarını da əvvəlcədən nəzərə almalı olduqlarını vurğuladı:

"Mənim fikrimcə, elektrikli avtomobil almaq istəyən şəxs ilk növbədə özünə belə bir sual verməlidir: mən bu avtomobili harada və necə enerji ilə təmin edəcəyəm? Çünki elektrikli avtomobilin iqtisadi üstünlüyü çox vaxt məhz şarj imkanlarından asılıdır. Şəxsi həyətində və ya qarajında təhlükəsiz şarj sistemi qura bilən sürücü ilə yalnız kommersiya məqsədli sürətli enerji doldurma məntəqələrindən istifadə edən sürücünün xərcləri eyni olmayacaq. Evdə münasib tariflə enerji doldurmaq imkanı olan şəxs daha çox qənaət edə bilər. Lakin yalnız ödənişli sürətli şarj məntəqələrindən istifadə edildikdə, xüsusilə yüksək tariflər tətbiq olunarsa, iqtisadi üstünlük müəyyən qədər azala bilər".

Müsahibimiz əlavə etdi ki, Azərbaycanda elektrikli avtomobillərin yayılmasına mane olan məsələlərdən biri də enerji doldurma infrastrukturunun bütün ərazilərdə eyni səviyyədə inkişaf etməməsidir:

"Bakı şəhərində müəyyən şarj imkanlarının olması o demək deyil ki, regionlara səfər edən sürücü də eyni rahatlıqla avtomobilini enerji ilə təmin edə biləcək. Buna görə elektrikli avtomobil almaq istəyən şəxs yaşadığı ərazidə, iş yerinin yaxınlığında və mütəmadi istifadə etdiyi marşrutlarda enerji doldurma məntəqələrinin mövcudluğunu əvvəlcədən araşdırmalıdır. Digər mühüm məsələ avtomobilin bir dəfə enerji doldurmaqla qət etdiyi məsafədir. İstehsalçının təqdim etdiyi yürüş göstəricisi ilə real istifadə şəraitində əldə olunan nəticə həmişə eyni olmur. Qış aylarında salonun qızdırılması, yayda kondisionerdən istifadə, yüksək sürətlə hərəkət, güclü külək, yolun relyefi və batareyanın texniki vəziyyəti yürüş məsafəsinə təsir göstərə bilər. Məsələn, istehsalçı tərəfindən 500 kilometr yürüş məsafəsi göstərilən avtomobilin real şəraitdə hər zaman həmin məsafəni qət edəcəyini düşünmək olmaz. Xüsusilə magistral yollarda yüksək sürətlə hərəkət zamanı enerji sərfiyyatı arta bilər".

Ekspert elektrikli avtomobillərin şəhər daxilində hərəkət zamanı enerji səmərəliliyinin daha yüksək ola biləcəyini də diqqətə çatdırdı. O, regenerativ əyləcləmə sisteminin bu baxımdan üstünlük yaratdığını bildirdi:

"Elektrikli avtomobillər aşağı sürətlərdə və şəhər daxilində, xüsusilə dayanıb-hərəkət etmənin çox olduğu şəraitdə kifayət qədər səmərəli işləyə bilir. Regenerativ əyləcləmə sistemi sayəsində yavaşlama zamanı kinetik enerjinin bir hissəsi yenidən elektrik enerjisinə çevrilərək batareyaya qaytarılır. Bu, enerji sərfiyyatını azaltmağa kömək edir. Ənənəvi avtomobillərdə isə əyləcləmə zamanı hərəkət enerjisinin böyük hissəsi istilik şəklində itirilir. Bununla yanaşı, elektrikli avtomobillərin sürətlənmə xüsusiyyəti də diqqətəlayiqdir. Elektrik mühərriki fırlanma momentini çox qısa müddətdə təmin etdiyi üçün avtomobil sürətlə hərəkətə başlaya bilir".

Adil Nəbiyev elektrikli avtomobillərin sürətli və səssiz hərəkət etməsinin yol hərəkəti təhlükəsizliyi baxımından müəyyən risklər yarada biləcəyini də vurğuladı:

"Ancaq yol hərəkəti təhlükəsizliyi baxımından bu üstünlüyün müəyyən risklər yaratdığını da vurğulamaq istəyirəm. Xüsusilə yeni başlayan və ya yüksək güclü elektrikli avtomobilin idarə edilməsinə alışmayan sürücülər qaz pedalına həssas yanaşmalıdırlar. Avtomobilin səssiz və sürətli olması sürücüdə sürəti düzgün qiymətləndirməmək kimi yanlış təsəvvür yarada bilər. Eyni zamanda piyadalar, xüsusilə uşaqlar və görmə məhdudiyyətli şəxslər aşağı sürətlə yaxınlaşan elektrikli avtomobili hər zaman vaxtında hiss etməyə bilərlər. Buna görə avtomobilin piyada xəbərdarlıq səs sistemi işlək vəziyyətdə saxlanılmalı, sürücülər isə yaşayış məntəqələrində daha diqqətli olmalıdırlar".

Ekspert elektrikli avtomobillərin ekoloji üstünlüklərini də vurğuladı. O qeyd etdi ki, bu avtomobillər hərəkət zamanı egzoz borusundan zərərli qazlar buraxmır. Bununla belə, onların ətraf mühitə ümumi təsirini qiymətləndirərkən batareyaların istehsalı və təkrar emalı kimi amillər də nəzərə alınmalıdır:

"Buna baxmayaraq, bir çox istifadə şəraitində elektrikli avtomobillər bütün istismar dövrü nəzərə alındıqda daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha az istixana qazı emissiyasına səbəb ola bilir. Digər tərəfdən, ikinci əl elektrikli avtomobil bazarında alıcıların diqqət etməli olduğu ən vacib məsələlərdən biri batareyanın sağlamlıq göstəricisidir. Benzinlə işləyən avtomobil alarkən mühərrikin, sürətlər qutusunun və digər mexaniki hissələrin vəziyyətini yoxladığımız kimi, elektrikli avtomobildə də batareyanın qalan tutumu, şarj tarixçəsi, qəza keçmişi və yüksək gərginlikli sistemin texniki vəziyyəti peşəkar şəkildə yoxlanılmalıdır. Çünki batareyanın ciddi zədələnməsi və ya dəyişdirilməsi zərurəti yarandıqda təmir xərci yüksək ola bilər. Bununla belə, bütün elektrikli avtomobillərin batareyalarının qısa müddətdə sıradan çıxdığını söyləmək də düzgün deyil. Müasir batareyaların bir çoxu uzunmüddətli istismar üçün nəzərdə tutulur və onların real xidmət müddəti istifadə və saxlanma şəraitindən asılıdır. Burada avtomobilin zəmanət şərtləri də xüsusi əhəmiyyət daşıyır".

Müsahibimiz elektrikli avtomobilin iqtisadi cəhətdən nə dərəcədə sərfəli olmasının sürücünün illik yürüş məsafəsindən də asılı olduğunu bildirdi:

"Mən hesab edirəm ki, elektrikli avtomobil almaq istəyən vətəndaş yalnız avtomobilin satış qiymətinə baxmamalıdır. Məsələn, iki avtomobil arasında 8–10 min manat qiymət fərqi varsa, elektrik enerjisinə qənaətin həmin fərqi neçə ilə kompensasiya edəcəyini hesablamaq lazımdır. Əgər sürücü ildə cəmi 5–6 min kilometr yol qət edirsə, elektrikli avtomobilin enerji xərclərinə görə verdiyi qənaət ilkin qiymət fərqini qısa müddətdə ödəməyə bilər. Ancaq ildə 25–30 min kilometr və daha çox məsafə qət edən, münasib qiymətə enerji doldurmaq imkanı olan sürücü üçün iqtisadi nəticə tamamilə fərqli ola bilər. Bu baxımdan taksi fəaliyyəti göstərən, gündəlik uzun məsafə qət edən və avtomobildən intensiv istifadə edən şəxslər üçün elektrikli nəqliyyat vasitələri daha cəlbedici seçim ola bilər".

Ekspert taksi fəaliyyəti ilə məşğul olan sürücülərin enerji doldurmağa sərf etdikləri vaxtı da iqtisadi hesablamalarda nəzərə almalarının vacibliyini qeyd etdi:

"Bununla yanaşı, taksi fəaliyyəti zamanı enerji doldurmağa sərf edilən vaxtın da iqtisadi dəyəri var. Avtomobil şarj məntəqəsində dayandığı müddətdə sürücü sərnişin daşımır və gəlir əldə etmir. Deməli, qənaəti hesablayarkən yalnız elektrik enerjisinin qiymətini deyil, vaxt itkisini də nəzərə almaq lazımdır. Mənim üçün burada ən mühüm prinsip budur ki, avtomobil insanın gündəlik həyatını asanlaşdırmalıdır, əlavə çətinlik yaratmamalıdır. Əgər sürücü hər gün enerji doldurma məntəqəsi axtarmağa, növbə gözləməyə və səfərlərini batareyanın qalan enerjisinə uyğun planlaşdırmağa məcbur qalırsa, onun üçün elektrikli avtomobilin üstünlükləri müəyyən qədər azalır. Amma evində rahat şarj imkanı olan, gündəlik marşrutu əvvəlcədən məlum olan və əsasən şəhər daxilində hərəkət edən sürücü üçün elektrikli avtomobil həm iqtisadi, həm də komfort baxımından çox münasib seçim ola bilər".

O vurğuladı ki, nəticə etibarilə, elektrikli avtomobillər gələcəyin nəqliyyat sistemində mühüm yer tutacaq. Bununla belə, seçim zamanı hər bir sürücünün şəxsi ehtiyacları və avtomobilin ümumi istismar xərcləri əsas götürülməlidir:

"Lakin bu, daxiliyanma mühərrikli avtomobillərin bütün istifadəçilər üçün artıq sərfəli olmaması anlamına gəlmir. Hər iki texnologiyanın üstün və zəif tərəfləri var. Əsas məsələ avtomobili dəbə, reklama və ya başqalarının seçiminə görə deyil, şəxsi ehtiyaclara və real iqtisadi hesablamalara əsasən almaqdır. Elektrikli avtomobilin ən mühüm üstünlüyünü bir xüsusiyyətdə ifadə etməli olsam, bunu enerji səmərəliliyi və aşağı gündəlik istismar xərcləri kimi qiymətləndirərdim. Ancaq avtomobilin həqiqətən sərfəli olub-olmadığını müəyyən edən əsas göstərici onun bir dəfə enerji doldurmaqla neçə kilometr getməsi deyil, sahibinə beş və ya on il ərzində ümumilikdə neçəyə başa gəlməsidir".

Ekspert sonda avtomobil seçimində təhlükəsizliyin də iqtisadi göstəricilər qədər vacib olduğunu diqqətə çatdırdı:

"Mən həmişə bir məqamı xüsusi vurğulayıram: avtomobilin hansı enerji ilə hərəkət etməsindən daha vacib olan məsələ onun necə idarə edilməsidir. İstər elektrikli, istər benzinlə, istərsə də dizellə işləyən avtomobil olsun, təhlükəsizliyi təmin edən əsas amil sürücünün bilik, bacarıq və məsuliyyətidir. Ən müasir texnologiya belə məsuliyyətsiz sürücünün səhvlərini hər zaman aradan qaldıra bilməz. Ona görə də avtomobil seçərkən qənaəti, komfortu və texniki imkanları qiymətləndirdiyimiz kimi, təhlükəsizliyi də əsas meyar hesab etməliyik. Ən sərfəli avtomobil yalnız az xərc tələb edən deyil, sahibinin ehtiyaclarına uyğun gələn, etibarlı və təhlükəsiz şəkildə istifadə olunan avtomobildir".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Noyabr 2026 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see383

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see312

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see292

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see291

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see285

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see282

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see266

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see265

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see260

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see255

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see249

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see248

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see239

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see237

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see231

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see225

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see203

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see200

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri