AQTA: Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 18 iyun, AZƏRTAC
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Andorra Knyazlığının Sant Julia de Loria inzibati ərazi vahidində iribuynuzlu heyvanlarda epizootik hemorragiya xəstəliyi, Albaniya Respublikasının Berat bölgəsində xırdabuynuzlu heyvanların taunu, Kanadanın Britaniya Kolumbiyası əyalətində isə quşlarda Nyukasl xəstəliyi qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün həmin ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri gövşəyən heyvanların və onlara aid genetik materialların, diri ev və vəhşi xırdabuynuzlu heyvanların və onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı, həmçinin tranziti ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
Baxış sayı:55
Bu xəbər 18 İyun 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















